Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı İbrahimə yeni ittihamlar
Tarix: 28-10-2015 | Saat: 21:21
Bölmə:Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər

Hacı İbrahimə yeni ittihamlar
“Özü günahkar ola-ola...”.

Son günlər “Xəzər adaları” layihəsi ilə bağlı sahibkar Hacı İbrahim Nehrəmli tərəfindən mətbuatda yayılan məlumatlarla bağlı ekoloq, “Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi”nin rəhbəri Telman Zeynalov Modern.az-a müsahibə verib.

- “Xəzər adaları”na ekoloji rəyin verilməsi ilə bağlı hörmətli sahibkarın Ekologiya Nazirliyini ittiham etməsini ədalətsizlik kimi qiymətləndirirəm. Hətta belə nahaqdan deyilən əsassız fikirləri qərəzli hesab edirəm. Çünki sahibkar öz səhlənkarlığını və ya saymazyanalığını ört-basdır edir, dövlət qurumunun onun qarşısında qoyduğu qanuni tələblərə, prosedur qaydalara əməl etmək əvəzinə onu şantaj edir. Bu adi bir bina tikintisi və ya yol çəkilişi deyil, dənizdə yeni bir şəhər salınması layihəsidir. Ona görə də kompleks ekoloji tədbirlərin görülməsi, qiymətləndirilməsi olduqca zəruridir.

- Qanunla prosedur qayda necə olmalıdır?

- Yəni qanunun tələbi budur ki, işə başlamadan əvvəl, ilk növbədə həmin ərazinin ətraf mühitə mümkün təsiri qiymətləndirilir, nəticələri yox. Əvvəlcə mümkün təsirlər qiymətləndirilməlidir və müvafiq sənəd sahibkar tərəfindən Nazirliyə təqdim edilməlidir. Daş üstə daş qoyulandan sonra müraciət etmək olmaz. Nazirlik gəlib sənin gördüyün tikinti işlərinə qiymət verə bilməz, ekoloji təsirlər tikintidən əvvəl qiymətləndirilməlidir. Yəni sonradan, tikintidən sonra olunan müraciət mənasızdır. Mən sözügedən bu layihə ilə, yəni indiki halda dənizdə yeni şəhər salınması layıhəsi ilə də tanışam, bununla bağlı Ekologiya Nazirliyinin Ekspertiza İdarəsinin sahibkarın qarşısında qoyduğu tələblərdən və aparılan sənədləşmələrdən də xəbərdaram. Məqsədim də odur ki, bu sənədlərin məzmunu mətbuatda yayılsın və həqiqət ortaya çıxsın.

- Hansı sənədlər nəzərdə tutulur?

-Ekologiya Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən sahibkara verilmiş qanuni tələb və şərtləri əks etdirən sənədləri nəzərdə tuturam. Deməli, 2010-cu ilin avqust ayında ETSN-nin Dövlət Ekspertiza İdarəsinə, sahibkara ayrılmış ərazidə yeni şəhər salınması ilə bağlı rəy verilməsi müraciətinə cavab olaraq bildirilib ki, “ilkin qaydada aşağıdakı şərtlər daxilində” layihənin icrasına etiraz edilmir. Sənəddə sahibkarın qarşısında belə böyük layihənin həyata keçirilməsi üçün ətraf mühitə təsirin minimuma endirilməsi, baş verə biləcək hər hansı gələcək ekoloji təsirlərin əvvəlcədən qiymətləndirilməsi məqsədi ilə 10 əsaslı şərt qoyulub.

- Tələblərin mahiyyəti nədən ibarətdir?

- Məsələn tələblər sırasında qeyd olunur ki, “ayrılması nəzərdə tutulmuş quru və su fondu ərazisində ilkin texniki və ekoloji qiymətləndirmə” aparılsın, “ərazi üzrə ətraf mühitin (quru və dəniz sahəsi) bütün komponetlərini əhatə edən uzunmüddətli və qısamüddətli monitorinq planı” tərtib olunsun. Son maddədə isə bildirilir ki, bütün tələblər nəzərə alınmaqla “İnşaat işləri zamanı ətraf ekoloji mühitə olan təsirlərin kompleks qiymətləndirilməsi məqsədilə mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi” tərtib olunaraq Nazirliyə təqdim olunmalıdır və xüsusi olaraq qeyd edilir ki, bu sənəd Nazirlik tərəfindən “müsbət qiymətləndirildikdən sonra ərazinin “Yeni şəhər” kompleksinin tikintisi məqsədi ilə istifadə olunması məsələsinə baxıla bilər”. Lakin bu tələblərə rəğmən, yenə qeyd edirəm, 2010-cu ildə tikintiyə başlanılmamışdan əvvəl qoyulmuş tələblərə əməl edilmədən sahibkar böyük miqyaslı tikinti işlərinə başlamış, dənizin qurudulmasını, binaların tkintisinı həyata keçirmişdir. Əlimdə olan sənədlərə əsasən deyirəm ki, böyük vüsətlə tikinti işləri aparan sahibkar yalnız 2013-cü ilin aprel ayında Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədini Nazirliyin Dövlət Ekspertiza İdarəsinə təqdim edib.

- Bizim məlumatımıza görə, orada böyük tikinti işləri də əsasən o 3 ildə aparılıb.

- Düzdür, əsas işlər həmin müddətdə görülüb və demək olar ki, əsas işlər tamamlanandan sonra deyir ki, mənə rəy ver. Yenə də deyirəm, ekoloji rəy o deməkdir ki, ətraf mühitə olan təsirlər əvvəlcədən öyrənilməli və qiymətləndirilməlidir, bu, dövlətin qanunudur, yalnız bundan sonra hansısa tikinti işini görmək olar. Deməli, 2013-cü ildə təqdim olunan bu gecikmiş sənəddə də 18 maddədən ibarət çatışmazlıqlar irad olaraq sahibkarın diqqətinə çatdırılıb və ən əsası cavab məktubunda qeyd olunub ki, “təqdim olunan ƏMTQ sənədinin 2011-ci ildə tərtib olunduğu göstərilsə də, sənəd 2013-cü ildə, tikinti işlərinə artıq başlanıldıqdan sonra ekoloji ekspertizaya müvafiq rəy bildirilməsi üçün göndərilib”. Yəni hər şey aydın və şəffafdır, sənədlərlə təsdiqlənir.

Rəsmi dillə desək, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prosesi haqqında Əsasnamənin bir neçə bəndi, o cümlədən 2.2, 2.5 bəndlərinin tələbləri kobudcasına pozulub. Amma bunun müqabilində Ekspertiza idarəsi yenidən sahibkara cavab verib və 18 maddədən ibarət pozuntu faktını, irad və tələbini bildirib. Amma indiyə qədər bu tələblər yerinə yetirilməyib.

Bəli, fakt budur və sahibkarın özü günahkar ola-ola başqalarını ittiham etməsi sadəcə şantajdır. Sizcə belə bir vəziyyətdə Ekologiya Nazirliyi necə rəy verə bilər? Bəlkə sahibkar fikirləşir ki, ona köhnə tarixlə ekspertiza rəyi verilməlidir? Məncə absurd iddialardan və ittihamlardan əl çəkmək gərəkdir!


Xəbəri paylaş

7498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___