Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtobusdan düşən qadını maşın vurdu
Tarix: 26-10-2015 | Saat: 22:46
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Avtobusdan düşən qadını maşın vurdu


Şəki rayonunda 36 yaşlı qadını maşın vurub.

APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəfərabad kənd sakini, 1979-cu il təvəllüdlü Elnarə Bayram qızı İsmayılova sərnişin avtobusundan düşüb yolu keçmək istəyərkən Qax rayonu sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov idarə etdiyi "VAZ 21099" markalı 66 BG 078 dövlət nömrə nişanlı minik avtomobili ilə onu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 36 yaşlı Elnarə İsmayılova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

RMX-dan APA-ya verilən məlumata görə, Elnarə İsmayılova xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___