Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağdam sakini həmyerlisini güllələdi
Tarix: 26-10-2015 | Saat: 22:23
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ağdam sakini həmyerlisini güllələdi
Hadisəni törədən qaçıb gizlənib.

Mingəçevir şəhərində qətl hadisəsi baş verib.

Xəbətaz.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün şəhərin məcburi köçkünlər üçün yeni salınan qəsəbəsində qeydə alınıb.

Ağdam rayonundan olan və hazırda Mingəçevirdə müvəqqəti məskunlaşan məcburi köçkün, 1984-cü il təvəllüdlü Əhmədov Şakir Rövşən oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Rəhimov Bəxtiyar Elmdar oğlunu öldürüb.

Şakir Əhmədovun pnevmatik tapançadan açdığı atəş nəticəsində döş qəfəsindən və ürək nahiyəsindən güllə yarası alan Bəxtiyar Rəhimov hadisə yerində dünyasını dəyişib.

Həmyerlilər arasında münaqişənin səbəbi hələlik məlum deyil. Hadisəni törədən Ş. Əhmədov qaçıb gizlənib. Onun tutularaq istintaqa təhvil verilməsi üçün hazırda Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdıma aparılır.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
5-07-2017, 20:35 Messi imzanı atdı

bütün xəbərlər
____ Instagram ___