Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğurluğa gəldiyi evə məktub yazıb qoydu
Tarix: 24-10-2015 | Saat: 18:29
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Oğurluğa gəldiyi evə məktub yazıb qoydu
Tovuzda oğurluq faktının üstü açılıb. Tovuz rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, Tovuz rayon Ağdam kənd sakini Niyazı Həmidov evinə oğru girməsi barədə rayon polis şöbəsinə məlumat verib.

Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluğa cəhd edən Qazax rayon Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü Səbuhi Ocaqverdiyev saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, S.Ocaqverdiyev Ağdam kəndində əvvəlcə Münasibət İsmayılovanın evinə girib. Oradan qızıl sırğa, bir neçə mobil nömrə və yaddaş kartı aparıb. Daha sonra isə əvvəllər bir yerdə çoban işlədikləri Niyazi Həmidovun evinə daxil olub. Mənzili axtarsa da, heç nə tapa bilməyən S.Ocaqverdiyev başqa adla ev sahiblərini təhqir edən cümlələr yazaraq məktubunu masanın üzərinə qoyub.

Əməlini etiraf edən Səbuhi Ocaqverdiyev ikinci dəfə ailə qurduğu xanım xəstə olduğu üçün bu hadisəni törətdiyini qeyd edib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
29-07-2017, 11:28 Cəbhədən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___