Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaxda müəllimləri kim bu hala salıb? - Video
Tarix: 22-10-2015 | Saat: 14:11
Bölmə:Karusel / Təhsil | çapa göndər

Qaxda müəllimləri kim bu hala salıb? - Video


Əhali icra başçısına qarşı

112 Saylı Qax Seçki Dairəsi Azərbaycan üzrə ən aktiv və gərgin seçki təbliğatının getdiyi dairələrdən sayılır 1 Noyabr seçkiləri təkcə Azərbaycanda deyil, ATƏT, AŞPA və Avropa Parlamenti kimi digər beynəlxalq qurumlarda da diqqətdə saxlanılır.

Baş verən hər bir qanun pozuntusuna ölkə rəhbərliyi səviyyəsində kəskin reaksiya verilir və lazımi ölçü götürülür. Ötən seçkilərdə məktəb müəllimlərinin seçki prosesində iştirakı və qanunsuz müdaxilələr barədə mütəmadi xəbərlər dərc olunmuşdu. Bu il keçiriləcək Milli Məclisə seçkilərdə də baş verən qanun pozuntuları ciddi nəzarətə götürülür. Bu barədə Prezidentin köməkçisi Əli Həsənov da mətbuata açıqlamasında açıq şəkildə bildirib. Lakin sosial şəbəkələrdə yayılan bəzi video görüntülər əlavə şərhə ehtiyac duymur.

Belə ki, Qax rayonu Ləkit kənd orta məktəbinin Tarix müəllimi Vaqif Aydınova qarşı olunan təhdidlər, onun iradəsinə zidd ifadələr verməyə məcbur edilməsi Azərbaycan müəllimi adının şərəf və ləyaqətinin alçaldılmasından başqa bir şey deyil.

Oktyabrın 17-də Ləkit kəndində yerli sakinlərlə görüşən deputatlığa namizəd Əhməd Şahidov kəndin qayğılarından danışıb. Görüşdə çıxış edən kənd məktəbinin müəllimi Vaqif Aydınov kənddə üzləşdiyi problemlərdən danışıb, yerli məmurların təzyiqlərini sadalayıb və Əhməd Şahidova dəstəyini ifadə edib. Bundan 1 gün sonra - Oktyabrın 18-də sosial şəbəkələrdə yayılan video isə həqiqətən də bütün dəyərlərin tapdanması və müəllim adının ayaqlar altına salınması idi.

Belə ki, Vaqif Aydınovun birinci çıxışından sonra onun evinə gələn Kamal Muxtarlı adlı bir şəxs Vaqif müəllimi küçə söyüşləri ilə təhqir etmiş, özü ilə gətirdiyi 10-a yaxın adamları göstərərək, Vaqif Aydınovu öldürtdürəcəyini bildirib. Ailə üzvlərinin gözü qarşısında baş verən bu hadisədən bərk qorxan Vaqif Aydınov kamera qarşısında təkzib verməyə məcbur edilib. Ləkit kənd məktəbinin Tarix müəllimi olan Vaqif Aydınovun hər iki çıxışını sizlərə təqdim edirik.

Görün, öz şəxsi maraqları naminə Azərbaycan müəlliminin şərəfini ayaqlar altına atan insanlar daha nələrə əl atırlar. Ümid edirik ki, Təhsil Nazirliyi və ölkə rəhbərliyi bu rəzalətə reaksiya verəcək və günahkarlar layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, bir neçə gün öncə “Qaxdakı vəziyyət Prezidentə məruzə olunub - İcra başçısının başı dərddə” başlığı ilə yazı dərc etmişdik.

Seçki gününə sayılı günlər qaldığı bir ərəfədə regionlarda təbliğat-təşviqat prosesinə yersiz müdaxilələr barədə yerli Dairə Seçki Komissiyaları və hüquq mühafizə orqanları mütəmadi olaraq, Bakıya məlumatlar ötürürlər.

7News.az xəbər verir ki, gərgin seçki ab-havasının müşahidə olunduğu və ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılan dairələrdən biri də 112 Saylı Qax Seçki Dairəsidir. Belə ki, Qax rayonunda baş verən son hadisələr, təbliğat-təşviqat prosesinin gedişi və yerli icra strukturlarının fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub.

Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, ölkə başçısına şəxsən məruzə olunan hesabat yerli hüquq-mühafizə orqanlarının və Bakıdan göndərilmiş monitorinq qrupunun hazırladığı faktlar əsasında hazırlanıb. İlham Əliyevə məruzə olunan hesabatda Qax rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşlarının, icra nümayəndələri və bələdiyyə sədrlərinin adları və qeyri-qanuni fəaliyyəti barədə ciddi məqamlar var.

Qaxda baş verənləri birbaşa nəzarətdə saxlayan ölkə rəhbərliyi hesabatda adları hallanan yerli məmurların nəzarətə götürülməsi və seçki prosesinə müdaxilələrin qarşısının alınması barədə xüsusi tapşırıq verib.

Görünən odur ki, icra başçısı Musa Şəkiliyevin başı dərddədir. Belə ki, icra başçısının təlimatı ilə fəaliyyət göstərən yerli məmurlar, bəzi icra nümayəndələri və bələdiyyə sədrləri yerli hüquq mühafizə orqanlarına verdikləri məlumatda bütün təlimatların birbaşa icra başçısından gəldiyini etiraf ediblər.pia.az


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___