Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevdiyi qızı qaçıran oğlan başına iş açdı - VİDEO
Tarix: 21-10-2015 | Saat: 21:44
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Sevdiyi qızı qaçıran oğlan başına iş açdı - VİDEO
Azər qızı qohumunun nişanında görüb və bəyənib.

Sumqayıt polisi sevdiyi qızı zorla qaçıran şəxsi tutub.

Xəbəraz.az -ın xəzərxəbər-ə istinadən məlumatına görə, Ceyranbatan qəsəbəsindən yaşadığı Şabran rayonuna qız qaçıran oğlan saxlanılıb. Qız isə ailəsinə qaytarılıb.

Sevdiyi qızı qaçıran oğlan başına iş açıb. Qohumunun nişanında görüb bəyəndiyi qızı qaçıran oğlan həbs edilib. Şabran sakini 21 yaşlı Azər Abduləzimovu Sumqayıt polisi Şıxəli Soltanovun şikayəti ilə saxlayıb. Adı çəkilən şəxs 2-ci polis bölməsinə məlumat verib ki, 19 yaşlı qızını yaşadıqları Ceyranbatan bağlar massivindən zorla qaçırıblar.

Dərhal əməliyyata başlayan polis adam oğurlamaqda şübhəli bilinən Azər Abduləzimovu saxlayıb. Polis qızı isə Şabran rayonunun Leyti kəndindən taparaq ailəsinə qaytarıb.

Polisdən verilən məlumata görə hadisədən sonra qız ifadəsində zorla qaçırıldığını deyib. Hətta oğlan qıza bir neçə dəfə “səni qaçıracağam” deyəndə qız bunu ona irad tuturmuş.

Faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb.


Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
27-03-2015, 12:14 Millimiz Fransaya uduzdu

bütün xəbərlər
____ Instagram ___