Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
McDonald’s “depressiyadadır”
Tarix: 20-10-2015 | Saat: 01:44
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

McDonald’s “depressiyadadır”
McDonald’s ziyanı örtməyə çalışır.

McDonald’s restoranlar şəbəkəsi üçün hal-hazırda “qara günlər” başlayıb, The Independent franşizanın sahiblərinin fikrinə istinadən məlumat yayıb.

İqtisadi tənəzzülü dayandırmaq yolunda restoranlar şəbəkəsi müştərilər üçün səhər yeməyini bütün gün boyu sifariş etmək, eləcə də menyuya yeni mövqelər əlavə etmək və sifarişlərin verilməsi üçün rəqəmsal köşkləri istifadə etmək imkanı yaradacaq.

Analitik Mark Kalinovskinin sözlərinə görə, yeni təşəbbüslərfranşiza müəssisəsinin sahibləri üçün “baş ağrısına” çevrilib. Onlar iddia edirlər ki, menyunun genişləndirilməsi əməkdaşların iş yükünün artmasına gətirib çıxarıb.

Beləliklə də, McDonald’s son iki ildə ABŞ-da satışın azalmasında yaranan ziyanı örtməyə çalışır.

“Hal-hazırda sistem qeyri-sabitdir. Menyuda həddən artıq çox bənd var, və biz çoxsaylı adamlar üçün həddən artıq xidmət təqdim etməyə çalışırıq. Brendin sahiblərinin fikrincə, şirkət dağılır”, restoranlardan birinin nümayəndəsi nəşrə danışıb.

229 restoranın daxil olduğu 29 franşiza şəbəkəsində aparılan sorğuda yaxın yarım il üçün perspektivlərin qiymətləndirilməsi xahişinə 5 mümkün xaldan 1,69 xalı veriblər.

McDonald’s restoranlarının 81%-i franşizada işləyir, ona görə də sahibkarların narazılığı bütün şirkət üçün böyük problemlər yarada bilər, The Independent məlumat yayıb. oxu.az


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___