Məşhur aktrisanın şok görüntüləri - “Ac qalıram...”+Video
Tarix: 19-10-2015 | Saat: 19:00
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Günlərdir mətbuatda məşhur aktrisa Gülnar Salmanova ilə bağlı xəbərlər yayılır. Təəssüf ki, bu məlumatlar aktrisanın yaradıcılığını deyil, hər gün pisləşən səhhətinə aiddir.
Biz də “Qafqazinfo” olaraq əməkdar artistlə bağlı başlanılan kampaniyaya qoşulduq.
Yardım kampaniyasının təşkilatçısı teleaparıcı İradə İsaq, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, dietoloq Leyla Zülfiqarova və media nümayəndələri ilə birgə əməkdar artisti evində ziyarət etdik.
Səhhəti haqda danışan Gülnar Salmanova vəziyyətinin ağır olduğunu bildirib: “Dializ xəstəsiyəm, müalicə olunuram, döşümdə xərçəng var. Nə ölə, nə də qala bilirəm. Səhhətim çox pisdir. Evimdən xəbərim yoxdur, bir müddət bacım mənə baxırdı. Məni əsəbiləşdirdiyi üçün evinə göndərdim. Heç kim yeməyimi bişirmir, mən də xəstə olduğum üçün ac qalıram. Bəzən qonşularım yemək bişirib gətirir. Oğlum Şamaxıda işləyir, mənlə maraqlanmır. Gözüm son vaxtlar görmür, müayinə etdirməmişəm. Evimi yığacaq, yeməyimi bişirəcək, mənə kömək edəcək baxıcıya ehtiyacım var”.
Qızıl Aypara Cəmiyyətinin nümayəndələri aktrisanın ayda bir dəfə müayinəsini öz üzərlərinə götürüb: “Gülnar xanımın müalicəyə ehtiyacı var, səhhəti pisdir. Bizdə İran klinikası mövcuddur. Ayda bir dəfə əməkdar artistin müayinəsini üzərimizə götürə bilərik. Müalicəsi və dərmanları ilə bağlı Səhiyyə Nazirliyi kömək etməlidir”.
Xəbəri paylaş
1 0668 dəfə oxunub.
Digər xəbərlər

29-10-2022, 10:50
Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər? - Heyrətamiz SİRR ÇÖZÜLDÜ - FOTO
28-11-2022, 10:51
Ordumuzun əsgəri Kəlbəcərdə VƏFAT ETDİ
15-12-2016, 13:04
Beynəlxalq Bankın baş direktoru işdən çıxarıldı
3-06-2020, 13:33
İlham Əliyev Tərtərdə - FOTO-YENİLƏNİB
17-12-2016, 10:49
İtkin düşən neftçilərin axtarışı ilə bağlı YENİ XƏBƏR
9-08-2019, 10:55
Əli Həsənovun nəvəsi barədə azadlıqdan məhrumetmə cəzası ləğv olundu
21-07-2023, 12:44
Bakıda azyaşlı diqqətsizliyin qurbanı oldu - Növbəti HOVUZ FACİƏSİ