Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rüfət Quliyev seçkini pulunun hesabına udmaq istəyir - Belə deyirlər...
Tarix: 19-10-2015 | Saat: 15:57
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Rüfət Quliyev seçkini pulunun hesabına udmaq istəyir - Belə deyirlər...
Rüfət Quliyev seçkini pulunun hesabına udmaq istəyir
73 saylı Lənkəran şəhər Seçki Dairəsində maraqlı vəziyyət yaranlıb.Maraqlı vəziyyətin yaranmasına səbəb iki namizədin bir birindən fərqli yollarla deputat seçilmək üçün çalışmalarıdır.

Həmin namizədlərdən biri Hüseyn Cavadzadədir. 1985-ci il təvəllüdlü bu gənc oğlan aktiv şəkildə kampaniyalar təşkil edir, görüşlər keçirir. Hətta bu kampaniyası o qədər irəliləyib ki, onun fotosu olan nəhəng posterlər Lənkərandakı binalardan asılıb. Bundan əlavə, onun əhali arasında uğur qazanmasının səbəbi heç də özünün göstərdiyi xidmətlər deyil. Aia.az bildirir ki, Hüseyn Cavadzadə məşhur uroloq Cavad Cavadzadənin nəvəsidir. Onun belə bir şəxsiyyətin nəvəsi olması təbii ki, Lənkəranda bir sıra üstünlüklər tanıyır.

Bu əsnada onu da bildirək ki, Lənkəran əhalisinin böyük bir qismi Rusiyada yaşayır. Onların şəhərin əhalisinin yaşamasında rolları böyükdür. Mütəmadi olaraq işlədikləri Rusiyada qazandıqları pulları ailələrinə, qohumlarına göndərərək, onların dolanışıqlarını təmin edirlər. Aia.az xəbər verir ki, Rusiyada yaşayan lənkəranlılar hələ seçkidən bir ay qabaq Facebokkda “Lənkəran 2015” adlı səhifə yaradaraq, aktiv təbliğat aparırdılar. Düzdür bu təbliğat əsasən Hadı Rəcəblinin tənqidi üzərində qurulmuşdu. Hazırda isə həmin səhifənin yaradıcıları aktiv şəkildə Hüseyn Cavadzadəni dəstəkləyib, təbliğatını aparırlar.

73 saylı Seçki Dairəsindən namizəd olan Rüfət Quliyev isə bir dəfə seçilib, hazırda isə deputat mandatı daşıyır. Aia.az xəbər verir ki, Quliyev həmçinin “Europena Tobacco” şirkətinin rəhbəridir. Kifayət qədər varlı olan deputatın apardığı təbliğat demək olar ki, diqqəti çəkmir. Şəhərdə özünə yaxın 5-6 nəfərlə görüşərək, onlar qarşısında çıxış edir.

Məlumatlarda deyilir ki, Rüfət Quliyev seçkiləri pulunun gücünə udmaq istəyir. Məsələn, iddialara görə, o, Məntəqə Seçki Komissiyasın üzvlərinə “şirinlik” kimi 200 manatdan pul paylayıb. Bundan başqa, eyni dairədən seçkilərə qatılmış bəzi namizədlərin geri çəkilməsi üçün 20 min manatdan pul xərcləyib. Bir digər misal olaraq, onun seçki gününə az qalmış MnSK-lara bir qədər də pul verəcəyinə dair iddiaları da göstərmək olar. Aia.az


Xəbəri paylaş

8218 dəfə oxunub.

Digər xəbərlər
17-06-2016, 10:14 Dollar bahalaşdı - Rəsmi

bütün xəbərlər
____ Instagram ___