Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamilələr bu qidaları yeməsə... - MƏSLƏHƏT
Tarix: 17-10-2015 | Saat: 13:15
Bölmə:Karusel / Qadınlar / Səhiyyə / M2 | çapa göndər

Hamilələr bu qidaları yeməsə... - MƏSLƏHƏT

Hamilə qadınlar qoz-fındıq yeməlidirlərmi? Hansı qidalar övlad gözləyən xanımlar üçün məsləhət görülür? Aile.lent.az hamilə qadınların düzgün qidalanması haqqında bəzi məsləhətləri təqdim edir.


Günəbaxan tumu – bədənin ehtiyacı olan B qrup vitaminlərini artıqlaması ilə qarşılayır. Bundan başqa, fol turşusu tərkibli olduğundan hamilə qadınlar üçün vacib qida mənbəyidir.

Qoz – hamiləlik zamanı ana və körpənin sağlamlığı üçün vacib qida mənbəyidir. Qoz körpənin beyin inkişafına müsbət istiqamətdə təsir edir.
Fıstıq – zülal və vitamin baxımından zəngindir. Hər gün yeyilən 10 dənə fıstıq bədənin yağ ehtiyacını qarşılayır.

Fındıq – tərkibindəki kalsium sayəsində körpənin sümük inkişafını gücləndirir.

Əncir – hamiləlik zamanı yavaşlayan həzm sistemini sürətləndirir.

Qaysı (ərik) – hamiləlik zamanı şirniyyat ehtiyacını ödəyir və həssas olan bağırsaqları da qoruyur. Bundan başqa, fol turşusu, kalsium, magqezium və kalium qaynağıdır.

Balqabaq toxumu – mineral, zülal və tərkibindəki yağ baxımından zəngindir.

Qarağat – sidik yolu infeksiyalarını və həzm sistemi problemlərini aradan qaldırdığı üçün hamiləlikdə yeyilməsi lazım olan önəmli qidalar sırasındadır.

Badam – tərkibindəki sink mineralı sayəsində ana südünü artırır və ananının qarnındakı körpələrin inkişafına kömək edir.

Yer fıstığı – tərkibindəki E və B vitaminləri ilə fosfor, maqnezium, kalium, natrium minerallarını saxlayır. Sümükləri və əzələləri qüvvətləndirir.

Quru çərəz – toxluq hissi yaradır. Hamiləlik zamanı müşahidə edilən ürək bulanması və qusmanın qarşısını alır.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___