Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

İlhamə Quliyeva: Məni öldürmək istəyirlər...
Tarix: 16-10-2015 | Saat: 16:39
Bölmə:K, Şou-Biznes, M2 | çapa göndər

İlhamə Quliyeva: Məni öldürmək istəyirlər...


Xalq artisti İlhamə Quliyevanın gecə saatlarında 8-ci mikrorayon ərazisində yerləşən Tenis Akademiyasının qarşısında iki qadınla mübahisə etməsi barədə xəbər yayılıb.

Məsələ ilə bağlı “Qafqazinfo”nun əməkdaşı xalq artisti ilə əlaqə saxlayıb. O bildirib ki, yayılan xəbərlər doğrudur:
“Oktyabrın 7-si Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları keçmiş köməkçim Mehriban Bəylər qızını evimdən apardılar. Mehribanın məni dərmanlarla zəhərləmək, huşumu dağıtmaq istəməsi, əmlakımı ələ keçirməsi sübut olunub. Yatanda damarıma hava vurub məni öldürmək istəyirdi. Mən ona etibarnamə vermişdim ki, işlərimi görsün. Etibarnamə ilə hər şeyimi ələ keçirib. Mənə vəsiyyətnamə yazdırıb, özü qol çəkib. Həmin kağızları mənə gətirdilər. Əlimdə səs yazmaları var. Deyirmiş ki, İlhamə Quliyeva olacaq, var-dövlətimi ələ keçirəcək. Mənim nə varım var? İl yarımdır mənə dərmanlar verirdi, halsız olurdum. Evimdən 5000 oğurlayıb. Evimə cadu edib.
“Üstümə hücum çəkmək istəyirdilər. O, Kürdəxanıda olmaqdansa, küçədə kef edir“
"Oktyabrın 7-si aparıb iki gün saxladılar. Sonra dedilər ki, Kürdəxanıya göndəriblər. Bakı Şəhər Prokurorluğundan gəlib məndən izahat alıblar. Dünən gördüm ki, Mehriban sərbəst buraxılıb. Mehriban Hüseynova bir şəxslə əlaqəyə girib, ona inanaraq mənə qarşı gördüyü işləri danışıb. Həmin adam da hər şeyi mənə açıb danışdı. Yarım əsrdir ki, dövlətimə xidmət edirəm, dövlətim də mənə ödüllər verib. Dövlətim təhlükəsizliyimi daim qoruyub. Bu gün isə təhlükəli və pis vəziyyətdə yaşayıram. Dünən gecə bağdan qayıdanda ağ “Chevrolet” maşın qarşımda saxladı. Mehribanla rəfiqəsi Xatirə maşında idi, arxaları ilə maşınlar gəlirdi. Adamlar üstümə hücum çəkmək istəyirdilər. Mehriban Kürdəxanıda olmaqdansa, küçədə kef edir. Kim buraxıb onu? Bu böyük işdir, əl çəkən deyiləm.
Prezidentimiz Azərbaycanda yoxdur, ona teleqram göndərmişəm. Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna teleqram göndərmişəm. Məni öldürmək istəyən, əmlakımı ələ keçirən adam necə olur ki, bu gün azadlıqdadır? Məni aldadıblar. Azərbaycan xalqına və dövlətimə müraciət edirəm. Mənim təhlükəsizliyimi təmin etsinlər, məni qorusunlar. Oğlumun maşınını təqib edirlər. Sabah mətbuat konfransı keçirəcəm. Məsələni media ilə bölüşəcəm”.
İlhamə Quliyeva: Məni öldürmək istəyirlər...
Qeyd edək ki, hadisə ilə bağlı "AZƏRFAX" saytı məlumat yayıb. Məlumata görə, oktyabrın 15-i, saat 02:00 radələrində 8-ci mikrorayon ərazisində yerləşən Tenis Akademiyasının qarşısında xalq artisti İlhamə Quliyeva və iki kişinin olduğu “Hyundai Sonata” markalı avtomobillə, içərisində iki xanım olan “Chevrolet” markalı avtomobil üz-üzə gəlib. İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: “Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib. İttiham tərəflərindən biri - “Chvrolet”in sərnişini də İlhamə xanımın ona xəsarət yetirmək, bıçaqlatdırmaq istədiyini deyib. Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf “102” polis xidmətinə zəng edib. Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar.



2128 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
22-03-2017
bütün xəbərlər
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___