Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kişiləri başdan çıxaran qoxular və qidalar
Tarix: 16-10-2015 | Saat: 14:33
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

 Kişiləri başdan çıxaran qoxular və qidalar
Həm qadınları, həm də kişiləri başdan çıxaran bəzi qoxular var ki, bunlar ən təsirli afrodizyaklar hesab olunurlar.

Lavanda yağı. Bir neçə damcı lavanda yağı qoxusu cinsi baxımdan təhrik olmanıza səbəb olur. Bu partnyorunuz üçün də keçərlidir.
Vanil. Mükəmməl bir gecə keçirmək istəyirsinizsə, partnyorunuzla yataq otağına keçmədən öncə vanil qoxulayın.
Minaçiçəyi. Bir çimdik minaçiçəyi qurusunu bir stəkan suda qaynadın və otağın bir köşəsinə qoyun. Bu qoxu cinsi istəyi artıran xüsusiyyətə malikdir.
Yasəmən gülü. Bu gülü də 1 stəkan suda qaynadıb qoxusunun otağa yayılmasını gözləyin. Yasəmən gülü insanı təhrik edən və cinsəl arzuları oyandıran xüsusiyyəti ilə fərqlənir.
Darçın. Darçın qoxusu testosteron hormonunun səviyyəsini yüksəldir. Bu da cinsi istəyin artması ilə nəticələnir.
Yanıq şəkər tozu. Şəkər tozunu yandırın və bu qoxunun otağa yayılmasını gözləyin. Bu qoxu həm seks istəyini artırır, həm də cinsi performansın daha yüksək olmasına səbəb olur.
Portağal qoxusu. Portoğalın qoxusu insanı bihuş edəcək qədər gözəldir. Odur ki, onun qabıqlarını yataq otağınızın müxtəlif yerlərinə qoyun. Tənbəllik etməsəniz, portağal qabıqları ilə mum hazırlaya bilər və ya belə mumları hazır halda ala bilərsiniz.
Yaşıl alma. Yaşıl alma qoxulamaq insanın seks tələb etməsi ilə nəticələnir. Odur ki, çalışın evinizdə həmişə yaşıl alma olsun.
Popkorn. Nə qədər təəccüblü olsa da, bu qoxu kişilərə seksi xatırladır. Odur ki, gecələr televizorun qarşısına keçəndə əlinizdə popkorn da olsun. Bəlkə bu üsulla həyat yoldaşınızı futboldan ayırıb yataq otağına apara bildiniz.
Banan. Bananın qabığında bufotenin adlı bir maddə var. Bu maddə insana narkotik kimi təsir edir, özünə inamı artırır. Bu maddə qadınların özlərini daha seksual hiss etmələrinə kömək edir. Odur ki, bol-bol banan yeyib, qabığını qoxulayın.
Badam. Badamın tərkibindəki E vitamini sağlam sperma üçün çox önəmli rol oynayır. Badam yağı isə seks zamanı istehsal olunan hormonların səviyyəsinin daha da yüksəlməsini və beləliklə daha çox həzz almağınıza kömək edir. Seksdən öncə partnyorunuzu badam yağı ilə masaj edin.
Xiyar. Xiyar qoxusu xüsusilə də qadınlar üzərində çox təsirlidir. Həm qadının özünü rahat hiss etməsinə, həm də cinsi arzularının güclənməsinə səbəb olur.

Afrodizyak təsirli qoxularla yanaşı, belə effekt verən qidalar da var. Onlardan ən güclüləri isə aşağıdakılardır:

Qabaq tumu. Mütəxəssislər kişilərin hər gün 15-20 ədəd qabaq tumu yeməyini tövsiyə edirlər. Hollandiyada aparılan araşdırmalar göstərib ki, fol turşusu və sink baxımından zəngin olan qabaq tumu cinsi gücü artırır.
Quşüzümü. Sperma azlığının ən əsas səbəbi C vitamin çatışmazlığıdır. Cinsi istəksizlik də sperma sayının az olmasından qaynaqlanır. Ona görə də C vitamini anbarı olan quşüzümü əsl afrodizyak hesab olunur.
Qarpız. Qarpız "Viaqra” ilə eyni effektə sahibdir. Qanın damarlarda daha rahat hərəkət etməsinə kömək edir. Seks həyatında xoşbəxtlik arzulayanlar üçün qızıl qədər dəyərli qidadır.
Acı bibər. Meyvə və tərəvəzlərə acılıq verən kapsaisin adlı maddədir. Bu maddə beyinə siqnal göndərərək endorfin hormonunun daha çox istehsal edilməsinə səbəb olur. Enerji verir və cinsi baxımdan təhrik edir.
Nar. Nar və nar suyu qan dövranını sürətləndirir. Beləliklə ereksiya zamanı yaranan problemləri aradan qaldırır. Bol-bol nar yeyərək yataqda partnyorunuza unudulmaz dəqiqələr yaşada bilərsiniz.
Krivetka. Krivetka bir insanın seks zamanı ehtiyacı olduğu bütün enerjini bəxş etməyə qadirdir. Seks zamanı sizə lazım olacaq vitaminlər və minerallar da krivetkanın tərkibində bol miqdarda var. Əzələ hərəkəti üçün lazım olan maqnezium və kalsium, cinsi aktivliyi və sperma sayını artıran antioksidantlar və sinklə zəngindir.
Bal. Keçmişdə İranda yeni evlənən cütlüklər bir neçə ay hər gün baldan hazırlanan xüsusi içki içirmişlər. Çünki balın tərkibindəki B vitamini və fruktoza enerjinin artmasına, yorulma hissinin aradan qalxmasına səbəb olur


Xəbəri paylaş

8588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___