Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cavid Hüseynov: Üstümüzdə hələ çox işləməliyik..
Tarix: 29-03-2015 | Saat: 02:00
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Cavid Hüseynov: Üstümüzdə hələ çox işləməliyik..
“Erkən qol vurmağımız arxayınlığa səbəb oldu. Ancaq xarakter nümayiş etdirib ikinci qolu da vurduq". Bu sözləri xeberaz.az saytına milli komandamızın yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Malta üzərində qazanılan qələbəyə (2:0) münasibət bildirən təcrübəli futbolçu oyunlarından məmnun qalmadığını bildirib: "Düzünü desəm, tam ürəyimiz istəyən oyunu göstərmədik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Amma çox da yüksək səviyyədə oynamadıq".
Yığmamızın ilk qolunun müəllifi olan Hüseynov bunu yaxınlarının duası ilə əlaqələndirib: “Yaxınlarım həmişə deyirdilər ki, səndən qol gözləyirik. Yəqin ki, onların duaları bu gün qəbul olundu”.
"Qəbələ"nin üzvü əlavə edib ki, millini bundan sonra daha çətin sınaqlar gözləyir: "Baş məşqçinin bizdən əsas tələbi topla çox oynamaq və daha çox hücum etməkdi. Üzərimizdə hələ çox işləməliyik. Çünki qarşıda millini daha çətin oyunlar gözləyir. Artıq xal ehtiyatımızı artırmağa çalışmalıyıq".


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___