Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaçarkən saxlanılan şəxs televiziya direktoru imiş – FOTO + YENİLƏNİB
Tarix: 15-10-2015 | Saat: 18:35
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Qaçarkən saxlanılan şəxs televiziya direktoru imiş – FOTO + YENİLƏNİB
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə Azərbaycandan çıxmaq istəyərkən saxlanılan şəxsin televiziya direktoru olduğu açıqlanıb.

Xəbəraz.az xəbər verir ki, Report-un məlumatına görə, saxlanılan Səməd Sadıqov “CityTV” televiziyasının təsisçisi və direktorudur.

O, həm də “Powerful” şirkətinin Azərbaycan üzrə marketinq direktoru vəzifəsində çalışır.

Xatırladaq ki, oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

17:03 (12.10.2015)

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk edən şəxsi etmək niyyətində olan şəxsi saxlayıblar.

DSX-nin mətbuat mərkəzindən axil olan məlumatda bildirilib ki, 11.10.2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Qaçarkən saxlanılan şəxs televiziya direktoru imiş – FOTO + YENİLƏNİB


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___