Bakıda kişi hamilə arvadını döyərək öldürdü
Tarix: 14-10-2015 | Saat: 13:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ana oğlunu müdafiə etməyə çalışırmış.
Bakının Pirallahı rayonunda hamilə qadını vətəndaş nikahında olduğu əri döyərək öldürüb.
Xəbəraz.az xəbər verir ki, bu barədə haqqin.az-a Pirallahı rayon Polis İdarəsindən bildiriblər.
Dünən şəhər 3 saylı klinik xəstəxanasında 1975-ci il təvəllüdlü Loginova Yuriya Sergeyevna ginekoloji qanaxmadan ölüb.
İlkin istintaq zamanı qadının 13 yaşlı oğlunu müdafiə etməyə çalışarkən vətəndaş nikahında olduğu əri Faiq Sadıxov tərəfindən döyüldüyü aşkar olub.
Məlum olub ki, oktyabrın 8-də Pirallahı qəsəbəsində Yuliya Loginovanın evində mübahisə baş verib. Sadıxov axşam saat 8 radələrində kəməri ilə oğulluğu Yeqoru döyməyə başlayıb.
Ana oğlunu müdafiə edib. O zaman kişi Loginovanı döyüb və kəmər ilə onun başına bir neçə zərbə vurub. Nəticədə hamilə qadında qanaxma başlayıb, onu xəstəxanaya yatırıblar, qadın orada ölüb.
Hal-hazırda Pirallahı rayon Polis İdarəsində Sadıxovun saxlanılmasına və cinayət məsuliyyətinə cəlb edilməsinə dair tədbirlər həyata keçirilir.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

12-06-2019, 16:26
Əriylə öpüşən Xatirəni tənqid etdilər – “Gəlin səndən abırlıdır”
6-11-2023, 16:04
Nazirdən qaz limiti ilə bağlı AÇIQLAMA
10-08-2015, 14:42
Suriyalı qadınlar necə fahişəyə çevilirlər? - Etiraf
24-10-2015, 12:25
Döyüşçü Bəxtiyar Abbasov nokaut ilə məğlub oldu – VİDEO
28-04-2018, 13:45
“Barselona” Neymarı qaytarmaq istəyir
20-11-2017, 10:13
Gənc oğlan öldü-Bulvarda
22-07-2015, 11:36
İlham Əliyev: Ölkədə sosial ədalətsizlik halları var
17-08-2018, 17:24
Gəncədə törədilən terror aktı ilə bağlı RƏSMİ MƏLUMAT - Radikal şəxslərdən silah-sursat tapılıb