Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kürdəmirdə toyda qan töküldü
Tarix: 13-10-2015 | Saat: 15:42
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Kürdəmirdə toyda qan töküldü
Hadisə araşdırılır.

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xəbəraz.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Beyi kəndində keçirilən toy məclisində qeydə alınıb.

Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağasiyev Qardaşəli Ağagül oğlu aralarında baş vermiş münaqişə zəmində həmkəndlisi Rüstəmov Qılınc Xuduş oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən A. Qardaşəli polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, həmkəndlilər kənddə keçirilən toyda yeyib içiblər. Sonra sərxoş vəziyyətdə olan Q.Ağasıyev dəqiqləşməmiş səbəblərdən Q.Rüstəmovun oğlu ilə mübahisə etməyə başlayıb. Bunu görən Q.Rüstəmov həmkəndlisinə etiraz edib və mübahisə münaqişəyə çevrilib. Dava zamanı sərxoş vəziyyətdə olan Q.Ağasıyev bıçaqla həmkəndlisinə zərbə endirib.

Hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olduğundan onlar olayı xatırlamaqda çətinlik çəkiblər.

Araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___