Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fəzail Ağamalı: Mənəvi-siyasi terrorçuların Azərbaycana buraxılmamasına başqa don geyindirmək...
Tarix: 13-10-2015 | Saat: 13:51
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Fəzail Ağamalı: Mənəvi-siyasi terrorçuların Azərbaycana buraxılmamasına başqa don geyindirmək...



Fəzail Ağamalı: Mənəvi-siyasi terrorçuların Azərbaycana buraxılmamasına başqa don geyindirmək...


“Bədənlərinə partlayıcı maddələr bağlayaraq istənilən ölkəyə gedib insanları məhv edən terrorçularla mənəvi-siyasi terrorçuların heç bir fərqi yoxdur. Əksinə, mənəvi-siyasi terrorçular daha təhlükəlidir. Onların ikisinin də törətdiyi əməllər mahiyyət etibarilə insanlar üçün, cəmiyyətlər üçün son dərəcə təhlükəlidir”.

Xeberaz.az bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı “Amnesty International” təşkilatının Gürcüstan vətəndaşı olan iki əməkdaşının Azərbaycana buraxılmamasını şərh edərkən deyib.

F.Ağamalı bildirib ki, yəqin Azərbaycana gələn və geri qaytarılan insanlar haqqında Azərbaycanın hüquq-mühafizə orqanlarında ciddi məlumatlar olub ki, onlar ölkəyə buraxılmayıblar: “Ona görə də bu cür insanların geri qaytarılmasına başqa cür don geyindirməyin özü əvvəlcədən düşünülmüş bir addım deməkdir ki, bunlar Azərbaycana gələcəklər, geri qaytarılacaqlar, bununla bağlı bəyanatlar verəcəklər və Azərbaycandakı antimilli qüvvələr də onların səsinə səs verəcək, onların müəyyən olunmuş xəttinə uyğun addımlar atacaqlar”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycanı hərbi-siyasi poliqona çevirməyə çalışan, Azərbaycanı xaosun içərisində məhv etməyə cəhd göstərən antiazərbaycan qüvələr fəallaşıblar və onlar ən müxtəlif istiqamətlərdən Azərbaycana təzyiqlərini davam etdirirlər: “Bu günlərdə Avropa Şurasının insan haqları üzrə işçi qrupundan çıxması və əsası olmayan addım atması bir daha sübut edir ki, bütövlükdə Avropada fəaliyyət göstərən ayrı-ayrı qurumları idarə edən qüvvələr Azərbaycana qarşı artıq görünməmiş bir səviyyədə kampaniyanı davam etdirirlər. Buna görə də regionda gedən proseslər nəzərə alınmalıdır və Azərbaycan dövləti öz sərt mövqeyini ortaya qoymalı, qabaqlayıcı tədbirlərini həyata keçirməlidir”.


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
4-03-2018, 17:22 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___