Bakı avtobusunda sərnişin sürücünü döydü - Video
Tarix: 10-10-2015 | Saat: 12:12
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bakıda sərnişin avtobusunda insident yaşanıb
Baku.ws-in məlumatına görə, insident "BakuBus” avtobusunda qeydə alınıb. Bu barədə redaksiyamıza eksklüziv olaraq videogörüntü daxil olub.
Videodan görünür ki, orta yaşlı bir kişi avtobusa minir. Sərnişin "BakıKartı” olmadığını bildirir. Sürücü isə kartsız getməyin qadağan olduğunu bildirib. Kişi isə sürücüyə əvvəlcə nağd pul vermək istəyib. Sürücü pulu almayıb və kart tələb edib. Nəticədə kişi sürücünü təhqir edib. Daha sonra sürücünü vurub.
Digər sərnişinlər onu sakitləşdirməyə çalışsalar da, həmin şəxs onlara da əl-qol atıb. Sürücü onu avtobusdan düşürə bilməyib. Kişi pulsuz olaraq avtobusda gedib. Pulsuz getməsinə baxmayaraq sərnişin sürücünü təhqir edib və avtobusa tüpürüb. Hadisə sentyabrın 16-da baş verib.
"BakuBus” şirkəti və sürücü avtobusda dələduzluq edən həmin şəxs barədə Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib. Hələlik həmin şəxsin tapılması istiqamətində araşdırma aparılır.
Xəbəri paylaş
7078 dəfə oxunub.
Digər xəbərlər

29-07-2015, 16:48
Əlləri və ayaqları kəsilən yazıq qadın - FOTOLAR
20-04-2017, 13:31
XƏBƏRDARLIQ! Sabah güclü külək əsəcək
18-11-2015, 17:51
Ziya Bayramov K-1 üzrə dünya çempionu oldu - FOTO
12-05-2017, 20:30
Telefonla şəkil çəkərkən buna DİQQƏT EDİN
25-03-2016, 14:24
Alimdən sensasiya: Hansı mənbələr təsdiqləyir ki, Babək müsəlman olub?
18-05-2018, 09:45
Metropolitenin mətbuat xidmətinin rəhbəri istefa verdi
12-11-2018, 11:38
Faiq Ağayev deputat olmaq istəyir
20-01-2022, 00:32
Prezidentin Yüksək Etimadını qazanan Abidin Fərzəliyev Abşerona Başçı təyin edildi