Qaxda nəhəng quş insanlara hücum etdi – FOTO
Tarix: 03-10-2015 | Saat: 13:02
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
Onlar belə hadisə ilə ilk dəfədir rastlaşırlar.
Qaxda Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvələrində yaşayan Qafqaz kərkəsi dağlardan minlərlə metr aşağıya, insanların yaşadığı kəndə enib.
Qaxın Əmbərçay kəndinin sakini Report-a bildirib ki, səhər saatlarında kəndə gələrkən qarşısına kərkəs quşu çıxıb:
“Həmişə şəkillərdən gördüyüm yırtıcı quşu canlı görəndə özümü itirmədim və kənddən kömək çağıraraq nəhəng quşu tutduq”.
Kənd sakini quşu bir gün həyətində saxlayıb və onun insanlara hücum etdiyini görəndə dərhal ərazi ekologiya şöbəsinə xəbər verib.
9 saylı Zaqatala Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin baş məsləhətçisi Söhrab Babayev bildirib ki, onlar da belə hadisə ilə ilk dəfədir rastlaşırlar:
“Qafqaz kərkəsinin adı qırmızı kitabdadır və o, yalnız insan ayağı dəyməyən qayalıqlarda yaşayır. Hazırda onların sayı barmaqla sayıla biləcək qədər azdır. Buna görə də nəhəng quş elə gəldiyi təbiətə buraxılıb”.
Xatırladaq ki, Qafqaz kərkəzinin qanadları açıldığı halda eni 2 metr 60 santimetr, çəkisi isə təqribən 10 kiloqrama yaxındır. Bu yırtıcı quş təkcə hündür dağların zirvələrində, qayalıq ərazilərdə yaşayır. Əsasən leş yeyən yırtıcı orta çəkili qoyunu götürmək gücünə malikdir.Oxu.Az
Xəbəri paylaş
1 2558 dəfə oxunub.
Digər xəbərlər

28-01-2016, 03:22
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC kotirovka elan edib
21-02-2017, 11:36
Azərbaycanlı model Amerikaya səs saldı - FOTOlar
26-04-2016, 12:40
Torpağımızın daha bir hissəsini azad etmək imkanı yarandı
22-10-2015, 17:00
Azərbaycanla Rusiya arasında silah alqı-satqısı müzakirə olundu
27-11-2020, 13:11
Ermənilər rusları aldatdı: Şuşanın su borusu partladıldı – Təcili
25-07-2017, 11:58
Abituriyentlərin nəzərinə: İxtisas seçimi başlandı
28-02-2017, 13:26
Şəki şəhid olan qəhrəman komandirlə vidalaşır - FOTO, VİDEO
29-02-2016, 15:40
80 manat və 4 ballıq cəza ləğv edildi — Sürücülərə ŞAD XƏBƏR
18-09-2017, 18:59
Yığmamızın sabiq futbolçusu qəzaya düşdü
13-04-2018, 11:30
Daha bir taksi şirkəti ləğv edildi