Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mətanətin “Gündəlik” verilişi bağlandı
Tarix: 02-10-2015 | Saat: 16:21
Bölmə:Karusel / Gündəm / Fotogalereya | çapa göndər

Mətanətin “Gündəlik” verilişi bağlandı
“Həyatda necəyəmsə, efirdə də o cür oluram”.

ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın aparıcılıq etdiyi “Gündəlik” verilişi yeni mövsümdə efirə qayıtmayacaq.

Xəbəraz.az -ın axşam.az-a istinadən verdiyi məlumata görə, aparıcı yeni layihə ilə efirə çıxacağını bildirib:

“Bu yay dincəlmədim. Bütün günü Bakı-Sumqayıt yolunda oldum, evimə gedib, işimə gəldim. Yeni verilişimin gecikməsinin səbəbi dekorasiyamızdır. Tam hazır olmadığı üçün oktyabrın 15-dən sonra yayıma başlayacağıq. Bir neçə günə reklam çarxını hazırlayacağıq. “Gündəlik” verilişi isə artıq olmayacaq.

Yeni proqramım səhər saatlarında yayımlanacaq. Burada hər şey var – maraqlı söhbət, idman, arıqlama. “Gündəlik” proqramından tam fərqlənəcək. Verilişdə nələr edəcəyimi əvvəlcədən açıqlaya bilmirəm, çünki mən qabaqcadan ssenari hazırlayıb onu etmirəm. Həyatda necəyəmsə, efirdə də o cür oluram”.


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
20-05-2018, 10:02 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___