Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada qadın WhatsApp vasitəsilə körpəsini satmağa cəhd etdi
Tarix: 01-10-2015 | Saat: 16:44
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiyada qadın WhatsApp vasitəsilə körpəsini satmağa cəhd etdi
“Alqı-satqı müqaviləsini özü tərtib edib”.

Rusiyada Yakutiya sakinini beş aylıq körpəsini WhatsApp vasitəsilə satmağa cəhd etdiyi üçün mühakimə edəcəklər.

İstintaqın məlumatına əsasən, qadın uşağın başqa ailəyə tərbiyə edilməsi üçün verilməsinə görə, sənədləri tərtib edib, sonra isə qəyyum ailədən mükafat istəyib.

“Lazımi sənədləri yığan qadın Yakutska zəng edib, danışıq əsnasında oğlunu elə-belə verməyəcəyini bildirib. İttiham edilən şəxs Yakutskda bir otaqlı mənzil alınmasını və il ərzində mövcud 196 min rubl məbləğindəki borcunu ödəməyə yardım istəyib. Qəyyumluğa namizədlər bu şərtlərdən imtina ediblər, elə həmin gün ittiham edilən şəxs WhatsApp-da beş aylıq uşağını zəngin ailəyə tərbiyə olunmağa verməyə hazır olduğunu bildirib”, - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları qadının yanına qəyyum qismində çıxış edən adam göndəriblər və uşağı 1,5 milyon rubla verməyə razılıq haqqında iltizam alıblar.

“Müttəhim öz əli ilə alqı-satqı sənədlərini tərtib edib, orada pulu aldıqdan sonra gələcəkdə uşağı qaytarmaq cəhdləri etməyəcəyini bildirib”, - İstintaq komitəsində qeyd ediblər.

Qadını saxlayıblar, ona qarşı ev həbsi tətbiq ediblər və valideynlik hüququndan məhrum ediblər.


Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___