Yol Polisindən plyonkalı maşınların sürücülərinə xəbərdarlıq
Tarix: 29-09-2015 | Saat: 15:44
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları pərdə və plyonkalı avtomobillərə nəzarəti davam etdirir
Pərdə və jalüzlərdən qanunda nəzərdə tutulmayan qaydada istifadə edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.
Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az saytına bildirib ki, avtomobil qapılarında jalüzdən istifadəyə standartlara əsasən icazə verilir:
“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi standartlara əsasən, hava şəraitinin isti keçməsi ilə əlaqədar hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verilib.
Noyabrın 15-də isə “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin tələbi öz qüvvəsini itirir”.
Polkovnikin sözlərinə görə, müəyyən edilən müddətdən sonra jalüzdən, eyni zamanda plyonkalardan istifadə edənlər qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaq.
İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.
Xəbəri paylaş
6628 dəfə oxunub.
Digər xəbərlər

2-09-2017, 16:23
Zakir Həsənov ön xətdə - FOTOLAR
16-04-2016, 20:24
Özünü Qarabağ əlili kimi təqdim edən dilənçinin 100 minlik CİP-i - FOTO
26-06-2017, 11:22
Meraya Keri “Formula 1”in bağlanış mərasimində - FOTOLENT
23-07-2016, 01:42
Sabunçu Xəstəxanadakı biabırçılıqla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO
10-08-2016, 11:53
Bağdadda doğum evində güclü yanğın: 11 körpə öldü
6-02-2018, 18:40
Xızıda yol tikintisinə 2 milyon manat ayırılıb
4-12-2019, 20:09
Əli Əsədovdan gömrük rusumları ilə bağlı QƏRAR
22-05-2015, 16:11
Tuşunuz quruyubsa, nə etməli?