Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xədicə İsmayılovanın apelyasiya şikayəti təmin olunmadı
Tarix: 29-09-2015 | Saat: 14:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Xədicə İsmayılovanın apelyasiya şikayəti təmin olunmadı

Bu gün Bakı Apelyasiya Məhkənməsində Xədicə İsmayılovaya qarşı Elman Türkoğlunun xüsusi ittiham qaydasında qaldırılmış şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə baxılıb

Hakim Qail Məmədovun sədrliyi ilə keçirilən prosesdə X.İsmayılovaya qarşı əlavə ittihamlar irəli sürülüb.

Vəkillərin bu ittihamlarla bağlı sənədi məhkəməyə təqdim etməklə bağlı vəsatətinə baxılmayıb.

Elman Türkoğlu isə Xədicə İsmayılovaya qarşı ikinci cəbhə açacağı ilə hədələyib və həmin sənədləri bundan sonra açıqlayacağını deyib.

Sonda Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatıraladaq ki, Elman Türkoğlunun şikayəti əsasında Xədicə İsmayılova 2500 manat cərimələnmişdi.(azadlıq.info)


Xəbəri paylaş

5748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___