Zaqatalada pişik balalarına it analıq edir – VİDEO
Tarix: 28-09-2015 | Saat: 20:14
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Çiko indiyədək pişiklərin əsl qənimi olub.
İt və pişiyin münasibətləri hər zaman insanların diqqət mərkəzində olub. Onların düşmənçiliyi o qədər böyük olub ki, hətta el arasında məsəl kimi çəkilib. Lakin Zaqatala rayonunda Rəhimovlar ailəsinin bəslədiyi itlə pişik balaları təbiətin qanunlarını pozub.
Xəbəraz.az APA TV-yə istinadla xəbər verir ki, Çiko adlı it pişik balalarına analıq edir.
Heyvanlara qarşı xüsusi məhəbbəti olan Ləman Rəhimova Çiko adı verdiyi iti 8 il öncə yolda görərək evlərinə gətirib. Təxminən 20 gün əvvəl isə yolda atılmış vəziyyətdə heç gözü belə açılmayan pişik balalarını tapıb. Sahibsiz pişik balalarına ev sahibi ilə yanaşı, Çiko da qayğı göstərməyə, hətta əmizdirməyə başlayıb.
Əvvəlcə itin onlara zərər verəcəyindən qorxan Ləman sonradan itin onlara qayğı ilə yanaşdığını görüb və pişik balalarını ona etibar edib. Çiko pişik balalarına öz balaları kimi baxır.
Maraqlıdır ki, Çiko indiyədək pişiklərin əsl qənimi olub, həyətə heç vaxt pişiyin girməsinə imkan verməyib.
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

31-01-2017, 12:30
Boğaz ağrısını azaldan 5 BİTKİ ÇAYI
24-12-2015, 10:50
Saakaşvilidən ukraynalılara çağırış – İnqilab
14-06-2016, 12:32
Neft Fondu 50 milyon dollar satdı
16-03-2021, 02:14
Rövşən Əkbərov həbs olundu - SƏBƏB
25-04-2016, 13:24
Bakıda qadın dərmandan zəhərlənib öldü
22-08-2016, 21:19
“06” “Mercedes”lə toqquşdu - Ölən var+Foto
4-07-2015, 21:07
Əsəd İŞİD-lə razılaşdı: Şəhərlər terrorçulara verilir
20-05-2016, 18:26
Putin İstanbula getmir: onu FHN təmsil edəcək
12-11-2017, 20:14
Zorla ərə verilən qız özünü binadan atdı - Bakıda intihar