Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə gəmi batdı: 17 ölü
Tarix: 28-09-2015 | Saat: 00:31
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Türkiyədə gəmi batdı: 17 ölü
Türkiyədən Yunanıstan sahillərinə üz tutan qayığın dənizdə batması nəticəsində 17 miqrant həlak olub.

Türkiyə mediasının məlumatına əsasən, həlak olanların hamısı suriyalılar olub. Ölənlər arasında 5 nəfər qadın və 5 nəfər uşaq olub.

“Doğan” agentliyinin məlumatına görə, qayıq batmağa başlayanda insanlar qaldıqları kayutu vaxtında tərk edə bilməyiblər. Qayıqda olanlardan 20 nəfər xilasedici gödəkcələr hesabına xilas ola bilib.

Batan qayıq, güman edildiyinə görə, sahilyanı Gümüşlük qəsəbəsi yaxınlığından yola düşüb. Həmin yer Türkiyənin Bodrum kurortunun yaxınlığında yerləşir.

Bu yaxınlarda Alan Kürdi adlı 3 yaşlı suriyalı qaçqın uşağın cəsədi məhz həmin ərazidə aşkar edilmişdi. Onun ölümü dünya mətbuatınta geniş rezonansa səbəb oldu.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu ilin əvvəlindən Yunanıstana 300 min miqrant və qaçqın gəlib. Onların əsasən Türkiyənin Egey dənizi sahilindən yola çıxdığı qeyd olunur.


Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
15-02-2019, 12:58 Əmrah artıq oxumayacaq

bütün xəbərlər
____ Instagram ___