Kürdəxanıda məmur-vətəndaş qarşıdurması
Tarix: 27-09-2015 | Saat: 16:35
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları Kürdəxanı qəsəbə sakininin öz torpaq sahəsinin ətrafına çəkdiyi hasarı söküblər
Bu məlumatı öz facebook səhifəsində tanınmış vəkil Aslan İsmayılov paylaşıb.
A.İsmayılov bildirir ki, qanun əsasında torpaq sahəsinə 1 metr hündürlüyündə hasar çəkdirən Kürdəxanı sakini Abbas Quliyevin üstünə bu gün Sabunçu RİH adından Bəhruz Həsənov adlı bir nəfər gəlib. B.Həsənov torpaq sahibini və tikinti aparan fəhlələri söyür, tikilmiş hasarı sökdürür.
“RİH başçısı Adil Vəliyevin göstərişi ilə orada olan 10 PB 588 nömrəli “Volkswagen” markalı maşında gələn Sabunçu Rayon İcra Hakimiyyətinin Həbib adlı işçisi, Kürdəxanı İH nümayəndəsi Rafiq Rzayev və Kürdəxanı bələdiyyəsinin sədr müavini Pərviz Dadaşov adlı şəxslər isə həmin Bəhruz Həsənovun etdiyi özbaşnalıqlara göz yumub hasarı sökməsinə şərait yaradırlar.
Bu özbaşnalıq 5 gündür davam edir və bu barədə şəxsən 102 xidmətinə, Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinə və Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsinin rəhbərliyinə dəfələrlə şəxsən bildirmişəm. Bu günə qədər heç bir tədbir görülməyib. Bunun adı sadəcə dərəbəylikdir” - deyə A.İsmayılov yazır.(virtualaz.org)
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər

2-05-2016, 20:43
Rövnəq Abdullayev cüdoçularla görüşüb
26-08-2016, 21:54
Gəncədə əməliyyatda dünyasını dəyişən qızın ölüm anı - VİDEO
18-04-2016, 14:24
"Neftçi" klubu AFFA İntizam Komitəsinə müraciət edəcək
16-03-2017, 11:48
Ən çox istifadə olunan bu dərmanlar ÖLÜMƏ səbəb ola bilər
25-05-2016, 16:50
jurnalist Çimnaz Abdullayeva məhkəmələrdə haqsızlıqla üzləşir.Qonşu davası 6 məhkəmədən keçib
24-04-2023, 13:46
Bakıda iki nəfər sürücünü boğmağa cəhd edib, avtomobili qaçırıb
4-07-2016, 12:52
Gürcüstanlı oğrular Bakıda yaxalandı
17-07-2022, 11:56
Dəhşətli istilər bu tarixədək davam edəcək
24-05-2023, 12:04
Bakının mərkəzində qızın başına beton parçası düşdü
23-06-2019, 10:04
Müğənni və ailəsi də "Megafun"da xəsarət aldı:"Dəhşət idi..."