Bakıda “Ermənistan seriyalı” maşın kimindi? - Foto
Tarix: 22-09-2015 | Saat: 19:59
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
“Bakıda “Ermənistan seriyalı” maşın kimindi? - Foto
Sosial 22.09.2015 | 18:12 Oxunma sayı: 2711
Bakıda yenə Ermənistan nömrə nişanlı avtomobilin olmasıyla bağlı məlumat yayılıb.
Xəbəraz.az xəbər verir ki, Bakı sakinlərindən aznews.az-a daxil olan məlumata görə “Audi” markalı avtomobilə artıq bir neçə gündür ki, şəhərin mərkəzi küçələrində rast gəlinir. Düşmən ölkənin nömrə nişanlı avtomobilin sərbəst hərəkəti müəyyən şayiələrin yaranmasına da səbəb olub. Bu şayiələrin əsasını həmin avtomobilin Azərbaycana sığınan Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyana məxsus olması təşkil edir. Hesab olunur ki, Azərbaycan hökuməti ona sahib çıxdığı üçün onun avtomobilinin də sərbəst hərəkətinə icazə verə bilər.
Dünən axşam saatlarında saytın əməkdaşı AM 118 AA nömrəli nömrə nişanlı həmin avtomobili Filarmoniya bağından “Azneft dairəsi” istiqamətinə hərəkət edərkən görüntüləyə bilib. Doğrudan da həmin avtomobil AM seriyası ilə başlayır.
AM 118 AA nömrəli “Audi” markalı həmin avtomobilinin hansı ölkəyə aid olmasını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevilə əlaqə saxladıq. Kamran Əliyev açıqlamasında bildirdi ki, şəkildəki bu nömrə nişanlı avtomobil Ermənistana aid deyil:
“Ermənistanın avtomobil nömrələrində 2 rəqəm, 2 hərf sonra isə 3 rəqəm olur. Bu səbəbdən onun Ermənistana məxsus olması mümkün deyil”.
Apardığımız araşdırmalara əsasən şəkildəki avtomobilin Ukraynanın Jitomirskaya vilayətinə məxsus olması ehtimalı var. Çünki vilayətin dövlət nömrəli avtomobilləri əvvəl 06 ВА, ВВ (ЖИ) olub. 2004-cü ildən bəri isə yeni nömrə АМ 06 olub. Bu da həmin avtomobil nömrəsinin Jitomirskaya vilayətinə məxsus olduğunu deməyə əsas verir.
Qeyd edək ki, ötən ilin may ayında da oxşar hadisə baş vermişdi. Belə ki, E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya, Ermənistana aid olduğu bildirilirdi. Amma araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəsinə aiddir.
Xəbəri paylaş
1 3858 dəfə oxunub.
Digər xəbərlər

13-02-2017, 13:57
"Atletiko"da gözlənilməz itki
10-02-2021, 18:43
Əhəd Abıyevin 10 AA 457 nömrəli 350 minlik avtomobili tapıldı-Dövlət Gömrük komitəsinin qarşısında
19-09-2021, 11:41
Kişilərin qadınlarda sevdiyi 5 "QÜSUR"
9-05-2017, 23:14
“Miss Suzi” susqunluğunu pozdu – FOTOSESSİYA
20-07-2018, 15:20
Bakıda gəlinini hamamda qonşu ilə tutan və öldürən kişidən YENİ XƏBƏR
4-12-2018, 10:45
“Lotu Quli”ni Bakıya kim gətirib?
24-09-2016, 11:35
Elçinin açıq-saçıq klipi - VİDEO
17-09-2015, 20:53
Erməni müxalifətçini Azərbaycana Novella Cəfəroğlu qaçırıb
26-02-2020, 15:31
Yunanıstanda da koronavirus aşkarlandı
21-05-2017, 12:51
DƏHŞƏTLİ FAKTLAR: İŞİD-in seks köləsi olmuş qadınlar danışır... - Ürəyi zəif olanlar, OXUMAYIN!