Avtomobil sahiblərinin nəzərinə: qaydalar dəyişdi
Tarix: 20-09-2015 | Saat: 18:38
Bölmə:Karusel / Gündəm / Fotogalereya | çapa göndər
Daxili İşlər Nazirliyinin Kollegiyası "Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament"i təsdiq edib.
Xəbəraz.az APA-ya istinadən bildirir ki, reqlament sentyabr ayının 16-dan qüvvəyə minib.
Reqlament Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur. Elektron xidmət http://mia.gov.az/?/az/jontent/29860/ internet səhifəsindən təqdim olunacaq və 5 gün ərzində icra olunacaq. Ellektron xidmət ölənişsiz həyata keçiriləcək. Zədələnmiş nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs elektron xidmətin təqdim edildiyi internet səhifəsindən müvafiq ərizə formasını doldurur. İstifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və [email protected], [email protected] elektron poçt ünvanına göndərilir. Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və bu barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən ərizə forması natamam və ya yanlış doldurulduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin müvafiq sorğu ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
İstifadəçi tərəfindən ərizə forması düzgün doldurulduqda sorğu qəbul olunur. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. Sorğu qəbul edildikdən sonra dərhal qeydiyyata alınır və baxılması üçün nəqliyyat vasitəsinin zədələnməsinin baş verdiyi ərazidə xidmət aparan DYP qurumuna elektron formada (internet vasitəsi ilə) ünvanlanır. Sorğunun icrasına görə nəqliyyat vasitəsinin zədələnməsinin qeydiyyata alındığı ərazi DYP qurumunun rəhbəri bilavasitə məsuliyyət daşıyır. Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışın verilməsi ilə bağlı müraciət aidiyyəti DYP qurumunda baxılaraq həmin nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınmış yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsinə dair materiallara əsasən "Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış" tərtib olunur və aidiyyəti DYP qurumunun rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Əgər sorğu olunan nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi DYP qurumunda qeydiyyata alınmamışdırsa, avtomobilin sahibi qabaqcadan məlumatlandırılmaqla DYP qurumunun əməkdaşı tərəfindən zədələnən nəqliyyat vasitəsinin olduğu yerdə ona və zədələnmənin baş verdiyi əraziyə baxış keçirilərək yol-nəqliyyat hadisəsi sənədləşdirilir. Baxışın keçiriləcəyi tarix və vaxt barədə zədələnən nəqliyyat vasitəsinin sahibinə elektron poçt vasitəsi ilə azı 1 gün əvvəl məlumat verilir. İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
Xəbəri paylaş
1 1698 dəfə oxunub.
Digər xəbərlər

17-07-2017, 16:39
"WhatsApp"dan daha bir yenilik
21-10-2022, 11:05
`Əyalət oliqarxı` Leysanov haqda İLGİNC İDDİALAR... - Belə deyirlər...
24-05-2016, 19:12
İlham Əliyev Dadlini qəbul etdi
15-07-2016, 22:40
Ucarda qız qaçırıldı, anası vuruldu
15-03-2022, 17:32
Ərdoğanın davranışını təkrar etmək istədi: Çətin vəziyyətə düşdü - VİDEO
4-10-2022, 10:11
Nəqliyyatda gediş haqları nə qədər artacaq? - AÇIQLAMA
23-12-2015, 20:52
Azərbaycan ABŞ-a sanksiyalar tətbiq edəcək
8-12-2015, 15:46
“Günəşli” yatağındakı itkin düşənlərin axtarışından VİDEO
27-11-2016, 14:18
Çobanlıq edən qadının ACI HEKAYƏTİ – “Qoyun qədər qiymətim olmayıb”