Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
15 yaşında sevdiyi qızla 92 yaşında evləndi- 77 il sonra
Tarix: 20-09-2015 | Saat: 01:32
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər

15 yaşında sevdiyi qızla 92 yaşında evləndi- 77 il sonra
Beləsinə ancaq filmlərdə rast gəlmək olar.

92 yaşlı bəy və 95 yaşlı gəlin 77 il sonra bir-birinə qovuşublar.

1938-ci ildə 15 yaşında olan Mustafa Karakoyun ilə 18 yaşındakı Döndü Kıraç bir-birilərinə aşiq olublar, amma qovuşa bilməyiblər. 77 il sonra ilk eşqi ilə Qocalar evində qarşılaşan Karakoyun belə deyib: "Atam sevdiyim qızı qəbul etməyincə, mən də əsgərə getdim. 4 il sonra döndüyümdə evlənmişdi. Mən də başqa biri ilə evləndim. Uşaqlarım oldu. Sonra həyat yoldaşım öldü.

Elbistan qocalar evinə getdim. Döndü də orada qalırmış. İlk qarşılaşmamızda mənə "Mustafa sən burada nə edirsən?” – dedi. Mən soruşdum: "Səni tanımıram, kimsən?”. "Döndüyüm, sən necə məni tanımazsan?”, - dedi.

Döndü Kıraçın onu qaçırmasını istədiyini izah edən Karakoyun "Mən də müdirə "Döndünü mənə ver, verməzsənsə qaçıraram”, - dedim. Sonra Göksun bələdiyyə başçısı uşaqlarımızla danışıb onları razı saldı. Nikahımızı bağladıq. Xoşbəxtəm. Sonunda sevdiyimə qovuşdum”.


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___