Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Topaz-dan yeni layihə!-“Mərcləşək”.
Tarix: 27-03-2015 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

Mart ayının 23-dən etibarən “TOPAZ” səkkiz həftə boyunca davam edəcək “Mərcləşək” adlanan əyləncəli layihəyə start verdi. Bu layihə hər həftə 300 iştirakçıya www.merclesek.az internet səhifəsində mərc edərək “PlayStation 4”, “iPad mini”, “iPhone 6” “100 və 250 manatlıq ParPar hədiyyə kartları” və “TOPAZ hədiyyə kupanları” qazanmaq şansı verir.
Topaz-dan yeni layihə!-“Mərcləşək”.
Layihədə populyar qəhrəmanlar olan “Şəmi və Şöşü”-nün iştirak etdikləri mərc video çarxları hər həftə www.merclesek.az internet səhifəsində yerləşdiriləcəkdir. İki hissədən ibarət olan hər bir video çarxın ilk hissəsində “Şəmi və Şöşü”-nün necə mərc etdikləri və ikinci hissədə də həmin mərcin nəticəsi təqdim olunur.

Çarxın birinci hissəsi hər həftənin bazarertəsi günü səhər saat 11:00-da, mərcin nəticəsi, yəni video çarxın ikinci hissəsi isə hər həftənin şənbə günü axşam saat 17:00-da təqdim olunacaqdır.

İştirakçılar layihə, mərc etmə qaydaları və hədiyyələrin verilməsi haqqında daha ətraflı məlumatı www.merclesek.az internet səhifəsindən öyrənə bilərlər. Bu səhifəyə daxil olmaq üçün hər kəs “Facebook” hesabından qeydiyyatdan keçməlidir.

Layihədə 18 yaşından kiçik olan şəxslərin iştirakı qadağandır.

Qeyd ed'k ki, “Azərinteltek” QSC 19 yanvar 2010-cu ildə Azərbaycanın idman mərc oyunları sektorundakı investisiya potensialını qiymətləndirmək məqsədilə yaradılıb. “TOPAZ” Azərinteltek QSC-nin ticarət nişanıdır.

“TOPAZ” Azərbaycanda fəaliyyət göstərən ilk və tək qanuni idman mərc oyunudur. O, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Bu gün paytaxt da daxil olmaqla “TOPAZ”-ın Azərbaycanın 50 regionunda 545 agentliyi fəaliyyət göstərir.

2011-ci ildən bu günə qədər idman mərc oyunları üzrə ödənilən uduşlar 350,000,000 AZN-dən çoxdur.


Xəbəri paylaş

1 5428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___