Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səudiyyə Ərəbistan qırıcıları Yəməni bombalayıb, onlarla ölən var
Tarix: 26-03-2015 | Saat: 17:50
Bölmə:Karusel / Hadisə / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Səudiyyə Ərəbistan qırıcıları Yəməni bombalayıb, onlarla ölən var
Yəməndə husi inqilabçılarının və onlara tərəfdar olan bəzi ordu qüvvələrinin ölkənin cənubundakı Ədən şəhərini tutmasından sonra Səudiyyə Ərəbistanı paytaxt Sənada hava limanlarına və hərbi qərargahlara hava zərbələri endirib.

Xəbəraz.az-ın İnterAz-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının hava zərbələri Yəmən paytaxtındakı hava limanını, əd-Duleymi hərbi qərargahını və prezident sarayını hədəfə alıb. Məlumata görə, burada onlarla insan ölüb və yaralanıb. Ümumilikdə, 35 nəfər mülki şəxsin öldüyü bildirilir ki, onların arasında qadın və uşaqlar da var.

Paytaxt Sənada havadan müdafiə qüvvələri Səudiyyə Ərəbistanın iki hərbi təyyarəsini vurduqlarını bəyan ediblər.

Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirliyi Yəmənə edilən müdaxilənin bu ölkənin qaçmış prezidenti Abdu-Rabbih Mansur Hadinin müraciəti ilə əlaqələndirib. Rəsmi ər-Riyad bildirib ki, ABŞ hökuməti də bu müdaxilədə onunla həmkarlıq edir.
[media=https://www.youtube.com/watch?v=o-2XGH7Q5cs]


Xəbəri paylaş

9338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___