Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi
Tarix: 04-09-2015 | Saat: 13:52
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi
Zəlzələ ilə əlaqədar.

Bu gün Şəkidə baş verən zəlzələ ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları”-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmmədov bildirib.

“İnfrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar” -deyə, o bildirib.

QSC-dən bildirilib ki, mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___