Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-Sumqayıt xətti üzrə 8 qatar sərnişinlərin istifadəsinə veriləcək
Tarix: 01-09-2015 | Saat: 16:38
Bölmə:Karusel / İqtisadiyyat / Fotogalereya | çapa göndər

Bakı-Sumqayıt xətti üzrə 8 qatar sərnişinlərin istifadəsinə veriləcək


Sentyabrın 15-dən Bakı-Sumqayıt xətti üzrə 8 qatar sərnişinlərin istifadəsinə veriləcək.


Xəbəraz.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna «Azərbaycan Dəmiryolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, qarşıdakı 15 gündə son tamamlama işləri gedir. Sentyabrın 2-də Bakıdan-Sumqayıta qədər ilk işçi qatarı yola düşəcək. Nadir Əzməmmədov deyir ki, biletlərin qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunub. Qiymətlər ayın 15-dək açıqlanacaq.

8 qatardan 3-cü 2 mərtəbəlidir.

Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb.

Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə - “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var.


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___