Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zabrat-Maştağa yolunda “Priora” benzindaşıyan avtomobilə çırpıldı: Ölənlər var – FOTO
Tarix: 01-09-2015 | Saat: 15:30
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Zabrat-Maştağa yolunda “Priora” benzindaşıyan avtomobilə çırpıldı: Ölənlər var – FOTO
Araşdırma aparılır.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəraz.az xəbər verir ki, APA-nın məlumatına görə, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb.

VAZ-2172 (Priora) markalı minik maşını Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda gedən və "Azpetrol" şirkətinə məxsus MAN markalı benzindaşıyan avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində minik maşının sürücüsü, 40 yaşlı Ağayev Elman Şirin oğlu və sərnişin, 38 yaşlı Quliyev Rövşən Əhmədağa oğlu hadisə yerində ölüblər, avtomobildəki digər sərnişinlər - 42 yaşlı Əzizov Mirvaleh Mirsaleh oğlu və 33 yaşlı Şərifov Əli Arif oğlu ağır xəsarətlər alıblar. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, MAN markalı yük maşını hadisə baş verən vaxt Zabrat-Maştağa yolunda geriyə dönüş edirmiş.
İlkin ehtimala görə, qəzaya VAZ-2172 markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.





Xəbəri paylaş

1 0628 dəfə oxunub.

Digər xəbərlər
14-02-2017, 16:48 Bavariya Alonsonu itirdi

bütün xəbərlər
____ Instagram ___