Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər Azərbaycan ilə həmsərhəd kəndlərdən kütləvi şəkildə qaçırlar
Tarix: 28-08-2015 | Saat: 13:25
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

Ermənilər Azərbaycan ilə həmsərhəd kəndlərdən kütləvi şəkildə qaçırlar
“Kənddə sosial problemlər həll edilmir”.

Ermənistanın Azərbaycan ilə həmsərhəd Tavuş marza kəndində yeni dərs ilində birinci sinif şagirdlərinin sayı az olacaq. Mütəmadi olaraq atəşə tutulan kəndlərin əhalisi köçməyə başlayıb, bununla əlaqədar şagirdlərin sayı azalır.

Barekamavanda bu il cəmi iki birinci sinif şagirdi olacaq.

Xəbəraz.az Oxu.Az-a istinad xəbər verir ki, məktəb direktoru Athik Azatyan Lragir.am ilə söhbətdə bildirib ki, onlar üçün ayrıca sinif olmayacaq.

“12 sinif əvəzinə 5 sinif mövcuddur. Birinci, ikinci və dördüncü sinif şagirdləri bir yerdə oxuyacaq, beşinci sinif ümumiyyətlə, yoxdur”, - direktor deyib.

Məktəbdə cəmi 23 şagird var.

“Mən məktəbdə oxuyan zaman bizim sinifdə 36 şagird var idi, parta çatmırdı. İndi isə parta çoxdu, şagirdsə yoxdur. Kənddə sosial problemlər həll edilmir, insanlar köçüb gedir. Məktəbdə sakitlik olanda məni vahimə basır”, - direktor deyib.

Artıq neçə illərdir ki, sərhədyanı məktəblərin direktorları xüsusi status və xüsusi maliyyələşdirmə qaydası tələb edirlər. Bununla yanaşı, şagirdlərin sayının azalması ildən-ilə maliyyənin də ixtisarına gətirib çıxarır.

Kadrlar problemi də var – bura gənc müəllimlər gəlmir, yaşlılar isə öz yerlərini vermək istəmirlər, təqaüd hesabına yaşamaq çətindir.

“Məktəb indi sosial məsələləri həll edir. İnsanların getməməyi üçün hər şey edirik, bundan tədris prosesi zərər çəkir”, - Athik Azatyan bildirib.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___