Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda “Lexus” sürücüləri arasında atışma: Ölən var – FOTOLAR
Tarix: 28-08-2015 | Saat: 10:57
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda “Lexus” sürücüləri arasında atışma: Ölən var – FOTOLAR


Cinayət törədən şəxsin polis işçisi olduğu deyilir.

Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Aznews.az saytının məlumatına görə, qara rəngli 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən maşının (nömrəsi -333) sürücüsünü güllələyib.

8 güllə yarası alan şəxs hadisə yerindəcə keçinib.

Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək, “Chevrolet” markalı maşına çırpılıb və avtomobilini aşırıb.

Sayt yazır ki, “Lexus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) yerləşdirlib. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti ağırdır.

Cinayət törədən şəxsin polis işçisi olduğu deyilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.

O, baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işinin başlandığını, eyni zamanda iş üzrə müvafiq ekspertiziyaların təyin edildiyini bildirib.

Onun sözlərinə görə, İbrahimov Nadir idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən Həsənov Rövşənlə Nizami Rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapançadan İbrahimov Nadirə 8 güllə atıb.

İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da, dünyasını dəyişib.

Milli.Az Nizami rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, qanlı hadisə qız üstündə olub.

Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.









Xəbəri paylaş

1 1248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___