Azərbaycanda sosial şəbəkələr pullu olacaq
Tarix: 27-08-2015 | Saat: 20:37
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini serifikatlaşdıracaq.
Xəbəraz.az Trend-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
O bildirib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb: “Məlumdur ki, bu gün Azərbaycanda sosial şəbəkələr və internet messencerlərdən aktiv şəkildə istifadə olunur. Bundan başqa onlardan bir neçəsi internet şəbəkəsi üzərindən xidmət göstərir. Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər Azərbaycan qanunlarına əsasən fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdır. Bu sertifikat nazirlik tərəfindən verilir”.
Ə.Abbasov qeyd edib ki, hazırda nazirlik “Viber”, “WhatsApp”,“Skype” şirkətləri və sosial şəbəkələrlə danışıqlara başlayıb: “Bu təcrübə yalnız Azərbaycanda deyil, bir sıra Avropa ölkələrində də tətbiq edilir. Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır. Sözsüz, bu bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, Nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır”.
Nazir bildirib ki, “Viber”, “WhatsApp”, “Skype” şirkətləri və sosial şəbəkələrlə aparılan danışıqlar müsbət nəticə verib: “Onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq”.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

21-02-2017, 11:21
"Azəravtoyol"un əməkdaşları təltif edildi - SƏRƏNCAM - SİYAHI
24-02-2023, 10:55
Məşhur balerinanın qızıldan tualeti - VİDEO
14-01-2016, 15:32
İran ABŞ əsgərlərinin görüntülərini yaydı – Video
4-03-2017, 00:26
Birinci xanım xəstə uşaqlara nağıl oxudu - Fotolar
10-06-2022, 12:21
Müəllim-məşqçi heyəti Gəncə Olimpiya Kompleksini TƏRK EDİB - Yeni direktor isə ÜZƏ ÇIXMIR
13-05-2021, 14:23
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanıldı
30-03-2020, 15:53
Xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb edildi
1-05-2020, 06:44
Azərbaycanda 92 yaşlı qadın koronavirusdan sağaldı - VİDEO
29-06-2021, 11:17
17 yaşlı qız balıqdan hamilə qaldı? - DƏHŞƏTLİ VİDEO
21-08-2017, 10:57
Gənclərin ailə qurmaq problemi – kimdir MÜQƏSSİR?...