Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tacikistanda iki gəlin qayınananı yandırdı
Tarix: 26-08-2015 | Saat: 14:02
Bölmə:Karusel / Dünya / Fotogalereya | çapa göndər

Tacikistanda iki gəlin qayınananı yandırdı
Qadınların ərləri milisə müraciət ediblər.

Tacikistanın cənubunda məhkəmə qayınanalarının ölümündə təqsirli bilinən iki gənc qadına ittiham hökmü çıxarıb.

Xəbəraz.az Oxu.Az-a istinadən xəbər verir ki, ittiham edilən qadınlar iki doğma qardaşla evli olublar və onların anaları ilə bərabər bir evdə yaşayıblar.

“Xatlonsk vilayətinin məhkəməsi Tacikistan vətəndaşları 25 yaşlı Oygül Pardayevanı və 30 yaşlı Səfərgül Hocayevanı Cinayət Məcəlləsinin 104.2-ci maddəsinin B, E və Z bəndlərində (“Əvvəlcədən danışılaraq bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla törədilmiş qətl”) nəzərdə tutulmuş cinayətdə təqsirli bilərək 22 və 21 il müddətinə azadlıqdan məhrum etmə cəzası hökmünü çıxarıb. Onlar cəzalarını ümumi rejimli koloniyada çəkəcəklər”, - məhkəmənin məlumatında deyilir.

Qətl cari ilin may ayında törədilib. İstintaqın məlumatına əsasən ittiham edilən qadınlar ilkin olaraq qayınananı döyüblər, sonra isə üzərinə benzin tökərək onu yandırıblar. Qadının qalıqlarını isə çaya atıblar.

Qadınların ərləri milisə analarının itkin düşməsi barədə ərizə ilə müraciət ediblər, amma bir neçə gün sonra qadının yanmış meyiti tapılıb və qətl faktı üzrə cinayət işi açılıb.

Tacikistanda böyük ailələr ənənəvidir, oğlanlar çox zaman valideynlərinin evində yaşayır, bəzən isə evdə özləri üçün əlavə otaqlar tikirlər. Hesab edilir ki, gəlin qayınananın sözündən çıxmamalıdır və onun hər bir sözünə tabe olmalıdır. Hüquq-mühafizə orqanları əməkdaşları və antropoloqların sözlərinə görə qayınanalar bəzən öz vəziyyətlərindən sui-istifadə edirlər.


Xəbəri paylaş

5678 dəfə oxunub.

Digər xəbərlər
16-11-2016, 09:56 Neft sürətlə bahalaşır

bütün xəbərlər
____ Instagram ___