Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda xəstəxanaya hücum etdilər - FOTO + VİDEO
Tarix: 24-08-2015 | Saat: 18:41
Bölmə:Karusel / Səhiyyə / Foto-fakt | çapa göndər

Bakıda xəstəxanaya hücum etdilər - FOTO + VİDEO
Yol qəzası baş verib.

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xeberaz.az xəbər verir ki, APA TV-nin məlumatına görə, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

1969-cu il təvəllüdlü Əhmədov Vasif Nazim oğlu axşam saatlarında yolu keçmək istəyərkən markası və qeydiyyat nişanı dəqiqləşdirilməyən avtomobillə vurulub.

Naməlum sürücü hadisə yerindən qaçıb. 46 yaşlı Vasif Əhmədov 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı xəstəxanaya daxil olarkən ona qarının küt travması diaqnozu qoyulub.

Ailə üzvlərinin bildirdiyinə görə, Vasif Əhmədov xəstəxanaya gətirilən zaman onun huşu özündə olub. Ancaq cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Bundan sonra mərhumun yaxınları xəstəxanaya hücum edərək, əməliyyat otağının şüşəsini sındırıblar. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda piyadanın ölümünə səbəb olan sürücünün axtarışları davam etdirilir.



Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___