Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Röya vəkillərdən şikayət etdi
Tarix: 22-08-2015 | Saat: 17:49
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Röya vəkillərdən şikayət etdi
Müğənni Röya Ayxan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına hüqüq müdafiəçisi Adəm Məmmədovdan şikayət edib.
Xəbəraz.az Axşam.az-a istinadən verdiyi məlumata görə, buna səbəb yaydığı qanunsuzluğu ictimailəşdirməsi olub.
Qeyd edək ki, vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb.
Hüquq müdafiəçisi Müzəffər Baxış həmin vaxt açıqlamasında müğənniyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla biləcəyini və bu özbaşınalığa görə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözlədiyini qeyd etmişdi. Hər iki vəkilin bu açıqlaması müğənniyə xoş gəlməyib. Odur ki, Röya Ayxan Vəkillər Kollegiyayasına müraciət edərək vəkillərin cəzalanmasını tələb edib. Röya Ayxanın prodüseri Kənan Bayramov məlumatı təsdiqləyib:

“Biz Vəkillər Kollegiyasına şikayət etdik. Bu məsələlərə kollegiya baxır. Tələbimiz məsələni araşdırmadan Röya xanımı günahlandıranların cəzalandırılmasıdır. Həmin məsələdə Röya xanım ilə bağlı məsələni kim qaldırıbsa, bilməyə-bilməyə danışıbsa, yazıbsa onun adı şikayət ərizəsində var. Ortada nə məhkəmə var, nə şikayətçi. Amma biri düşüb ortaya artistlik edir”.

Xatırladaq ki, Röya Ayxan “İnstagram”da onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Müğənni polisə müraciət edərək Elnuru tapıb. Daha sonra onu cinayətkar aləmin nümayəndələri kimi sorğulayıb.


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___