Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda insan ayağı dəyməyən yerdə 7 şəlalə tapıldı
Tarix: 22-08-2015 | Saat: 16:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda insan ayağı dəyməyən yerdə 7 şəlalə tapıldı
Şəlalənin ən hündürü 35, ən kiçiyi isə 10 metrdən tökülür.

Araşdırmaçı Cəlaləddin Qasımov çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək bu əsrarəngiz təbiət möcüzəsini aşkarlayıb. Kənd ağsaqqalları burada bir şəlalənin olduğunu eşitdiklərini desələr də araşdırmaçı ucqar dağ kəndində 100 metrlik məsafədə 7 şəlalə görüb. İnsan ayağı dəyməyən məkan rayonun Çobansıxnaq kəndinin yaxınlığında yerləşir.

Xeberaz.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Cəlaləddin Qasımovun sözlərinə görə, şəlalənin ən hündürü 35, ən kiçiyi isə 10 metrdən tökülür. Çətinliklə dərələrdən adlayan, insan ayağı dəyməyən dolaylardan keçən Cəlaləddin Qasımov 25 kilometrdən çox piyada yol qət edərək bu gözəl məkana qovuşub.

Şəlalə yerləşən hissə sıldırım qayalıqlarla əhatələndiyindən demək olar ki, buraya insan ayağı dəyməyib. Elə yerli sakinlər də illərdi kəndin ərazisində olan bu təbiət gözəlliyindən xəbərsiz olublar. Hündür qayalıqlardan axıb gələn su hazırkı Zəyəm çayına tökülür. Həm yerli,həm xarici turistlərin diqqətini çəkə biləcək Çobansıxnaqdakı bu məkan gələcəkdə kənd turizminin inkişafında böyük pay sahibi ola bilər.


Xəbəri paylaş

9248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___