Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
4-nəfər LİFTƏ mindi- 4 nəfər də xəsarət aldı
Tarix: 22-08-2015 | Saat: 13:26
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

4-nəfər LİFTƏ mindi- 4 nəfər də xəsarət aldı

Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib. Dadaş Bünyadzadə küçəsi 175 E ünvanında liftin şaxtaya düşməsi nəticəsində 4 nəfər xəsarət alıb.

Xeberaz.az xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətindən anspress-ə verilən məlumata görə, 1-ci mərtəbədən 4 nəfər liftə minib. Elə bu zaman liftin kəndiri qırılıb və qaldırıcı şaxtaya düşüb. Hadisə nəticəsində liftin içərisində olan sərnişinlər xəsarət alıblar.

Sərnişinləri liftin şaxtasından Fövqaladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar. Qəza yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları da cəlb edilib və yaralılardan ikisinə xəsarətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib.

Digər iki yaralını isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar.Faktla bağlı araşdırmalara başlanılıb.

Xəsarət alan şəxslərin istifadə etdiyi lift yük daşınması üçün nəzərdə tutulubmuş. Sakinlər həmçinin hadisə baş verən kimi binanın komendantının ərazidən qaçdığını bildirirlər.


Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___