Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamiləlik ləkələrinə qarşı cəfəri MASKASI
Tarix: 21-08-2015 | Saat: 13:47
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Hamiləlik ləkələrinə qarşı cəfəri MASKASI

Xeberaz.az xəbər verir ki, Cəfəri maskası həm ləkələri, həm də qırışları yox edir.
Hamiləlik zamanı ləkələrdən xilas olmaq üçün günəş şüalarından uzaq durmaq lazımdır. Gün işığı dəridəki piqmentləri artırır və qalıcı hamiləlik ləkələrinə səbəb olur.
Hamiləlik ləkələri daha çox üz bölgəsində olur

Hamiləlik ləkəsi adlanan “melasma” problemi xüsusən üz bölgəsində yaranır. Üz bölgəsində ən çox yanaqlar, üst dodaq və alında, bədəndə isə sinənin ortasında olur. Hamiləlik ləkələrinin əsas səbəbləri esterogen, progesteron və günəşdir. Hamiləlik zamanı qadınlıq hormonlarının yüksəlməsi ilə əlaqədar dəri günəş görmədiyi yerlərdə tündləşir. Lakin günəş görən bölgələrdəki ləkələr günəş görməyən bölgələrdəkinin əksinə olaraq hamiləlik sonrası düzəlmir.
Hamiləlik zamanı yaranan ləkələrdən xilas olmaq üçün xüsusən günəş işığına çıxmaq olmaz. Gün işığı dəridəki piqmentləşməni artırır və qalıcı hamiləlik ləkələrinə səbəb ola bilir.

Ağbəniz və sarışın xanımlarda hamiləlik ləkələrinin yaranması ehtimalı daha yüksəkdir.
“Melasma” sadəcə hamilələrdə rast gəlinən problem deyil. Doğum həbi qəbul edənlər, günəşə qarşı həssas maddə tərkibli kosmetik vasitələr istifadə edənlər bənzər problemlərlə rastlaşa bilər. Bəzən üst dodağa edilən epilyasiya da ləkələnməyə səbəb ola bilər.

Hamiləlik ləkələri yarandıqdan sonra qış aylarında günəş şüalarının azalması ilə ləkələr də solur, yaz aylarında isə ləkələr yenidən tündləşir. Qadınların çoxu ləkələrin müalicəsi üçün bir çox kosmetik vasitələrdən istifadə edir. Bunlar rəng açan kremlər, təbii vasitələrdən hazırlanan qarışıqlar, günəş qoruyucu kremlər, kimyəvi pilinq, dermobrasiya, lazer müalicələri ola bilər. Lakin bu üsul və vasitələr ləkələrin müvəqqəti aradan qaldırılmasına kömək edir. Daha sonra qorunma davam etdirilməzsə, ləkələr yenidən tündləşir.
Həkimlər isə hamiləlik ləkələrinin aradan qaldırılması üçün 10 saatlıq maska ilə başlayan və sonra bir çox dərman formasında olan kremlərin və ağız vasitəsilə qəbul edilən dərmanların köməyi ilə üç aylıq müalicə üsulu və ən azı 9 ay davam edən qoruma müalicəsi ilə bir illik müalicə təyin edirlər. Bəzi hallarda 3 aylıq lazer müalicəsi də təyin edilir. Bu müalicə üsulları vasitəsilə ləkələrin təxminən 85 faiz yox edilməsi və qarşısının alınmasına nail olunur.

Hamiləlik ləkələri üçün cəfəri suyu maskası faydalıdır.

Eyni miqdarda cəfəri və limon suyunu qarışdırın, hamiləlik ləkəsi olan hissələrə çəkin. Daha sonra 15 dəqiqə gözləyin və ilıq su ilə yuyun. Cəfəri suyu üz ləkələri və qırışların qarşısını alan ən yaxşı vasitələrdəndir.


Xəbəri paylaş

2 3298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___