Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD internet vasitəsi ilə gənc müsəlmanları necə radikallaşdırır?
Tarix: 20-08-2015 | Saat: 21:24
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

İŞİD internet vasitəsi ilə gənc müsəlmanları necə radikallaşdırır?


İŞİD-ə qoşulmaq istəyənləri geri qaytardığını iddia edən ingiltərəli bir gəncin təcrübəsi bu suala qismən cavab verə bilər. Orta məktəbdə oxuyan qardaşı yox olandan təqribən bir ay sonra Sajid saxta Twitter hesabı açır.

Qardaşı Arşad radikallıq və Suriyadakı hadisələrə xüsusi maraq göstərmirdi.

Amma onun notbukunu araşdırıldıqda İŞİD-lə bağlı xeyli məlumat ortaya çıxdı.

Bundan sonra Arşad Suriyadan qardaşı Sajid ilə əlaqə saxladı. O, yüzlərlə ingilis gənc kimi İŞİD döyüşçüsü olmağa qərar verdiyini söylədi.



Sajidin marağı

Londonda, məktəbdə oxuyan 16 yaşılı Sajid mövzu haqqında daha ətraflı məlumat əldə etmək istəyirdi.

Bir televiziya proqramında gördüyü saxta ərəb adı ilə Twitter hesabı açdı, “İŞİD” və “Suriya” başlıqları olan hesabları izləməyə (follow) başladı.

Dərhal bir İŞİD tərəfdarı da onu izləməyə başlayır.



İŞİD-çi izləyicilər

Sajid iki saat sonra Twitter hesabına baxdıqda təqribən 5 min izləyicisinin olduğunu görür.

Twitter-də dəfələrlə etdiyi söhbətlərin yekununda altı nəfər ilə münasibət qurdu və onlarla mütəmadi olaraq mesajlaşmağa başladı.

Bunların bəziləri Suriyada, digərləri də Qərbdə olan İŞİD tərəfdarları idi.

İŞİD necə könüllü yığır?

İŞİD-in pedofil və dələduzlar kimi internet vasitəsi ilə cavan oğlan və qızları hədəf aldığını Sajidin təcrübəsi də təsdiq edir.

Sajid şəbəkədə həm açıq şəkildə, həm də şəxsi mesajlar vasitəsilə mütəmadi olaraq təbliğat hədəfinə çevrilib.

Sajidin təəssüratı: “Videolara baxmağa başlayandan sonra qəddar olmağa başladım. Şiələrin sünnilərə qarşı eləyi cinayətlər haqqında oxuduqdan sonra iraqlı bir əsgərin öldürülməsi videosuna baxırdım, yadımdadı, ürəyimdə “sənə yaxşı oldu” dedim.”

Bu videolar Sajidə təsir göstərdi. O, İŞİD-ə simpatiya duymağa başladı.

Beləliklə Sajid qardaşı kimi radikallaşdığını hiss etsə də buna “Stop” deməyi bacardı.

“Vicdanımın səsini dinlədim. Qənaətim bu oldu ki, İŞİD-ə bütün qəlbimlə dəstək vermirəm. Bundan sonra daha videolara baxmadım.”



Könüllülərə tövsiyə

Suriyada döyüşən iki nəfər Kik adlı mesajlaşma tətbiqi vasitəsi ilə hər gün baş verənlər barədə ona yazırdı.

Nəticədə Sajid bu sahədə etimadlı şəxsə çevrildi.

İŞİD tərəfdarları ondan bölgədən xəbərlər və səyahət haqqında məsləhətlər barədə məlumat öyrənməyə başladılar.

Onlardan biri kimi qəbul edildiyinə əmin olandan sonra həm qardaşını başqalarının izləməsinin qarşısını almağa, həm də özünü İŞİD tərəfdarı kimi göstərməyə başladı.




Somali əsilli İŞİD könüllüsü

Sajid İngiltərədə yaşayan Somali əsilli bir İŞİD simpatizianı ilə yazışmaları haqqında bunları deyir:

“Bir dəfə İngiltərədə yaşayan somalili bir qız mənə mesajla Suriyaya getmək istədiyini yazdı. Mənim cavabım “axmaqlıq, eləmə, getmə” oldu. Onun cavabı isə “Nə gicləyirsən, casussan sən?” oldu. Çox həyəcanlandım, yazışmamızı İŞİD-ə çatdırar deyə qorxdum. Allaha şükür, iki dəqiqə sonra mesajları sildi. Daha sonra o, da fikrini dəyişdirdi və getmədi”

Sajid çox adamı İŞİD-ə qoşulmamağa çağırdığını deyir.

Amma “Saxta İŞİD tərəfdarı” olmaqdan da bezib.

Xüsusən də getdikcə daha çox hesab İŞİD tərəfdarı olduğu üçün Twitter tərəfindən dondurulduqdan sonra o da öz hesablarını bağlayıb.



Mesaj sahiblərinin axırı

Üç ay sonra Sajid internetdə danışdığı həmin o 6 nəfər İŞİD tərəfdarı o haqda təzə faktlar öyrənib.

Üçü Suriya və İraqda öldürülüb.

Biri İngiltərə, digəri ABŞ-da məhkəməyə verilib, sonuncu isə İŞİD-dən uzaqlaşıb.

Sajidin qardaşı Arşad isə hələ də Suriyadadır və İŞİD tərəfindən savaşır. Sajid Arşadı İŞİD-dən üz döndərməyə dəvət etsə də qardaşı hər dəfə onun hesabına blok qoyur.

Qardaşı əlaqənin birdəfəlik kəsilməsindən qorxan Sajid də daha qardaşını yola gətirməyə çalışmır.

Qeyd: Yazıdakı adlar təhlükəsizlik məqsədi ilə dəyişdirilib.

http://www.bbc.com/turkce


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___