Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əhmədlidə keçmiş polis əməkdaşı bıçaqlanıb
Tarix: 20-08-2015 | Saat: 15:06
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Əhmədlidə keçmiş polis əməkdaşı bıçaqlanıb
Xeberaz.az xəbər verir ki, Gecə saatlarında Bakının Xətai rayonunda keçmiş polis əməkdaşı bıçaqlanıb. APA TV-nin məlumatına görə, təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub. Əməliyyat olunan yaralının həyatı xilas edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar nəticəsində yaralının 33 yaşlı Samir Cəfərov olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu metronun "Əhmədli" stansiyasının qarşısında tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırmalar davam etdirilir.

Keçmiş polis əməkdaşının kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı dəqiqləşdirilir.


Xəbəri paylaş

7098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___