Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

“Cənubi Qafqazın geyləri: oxşar dərdlər” adlı məqalə hazırlayıb
Tarix: 20-08-2015 | Saat: 13:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Cənubi Qafqazın geyləri: oxşar dərdlər” adlı məqalə hazırlayıb
“Homoseksuallığı çırkin qərblilərin həyat tərzi hesab edir”.

BBC Azərbaycanca “Cənubi Qafqazın geyləri: oxşar dərdlər” adlı məqalə hazırlayıb.

Xeberaz.az Oxu.Az-a istinadən həmin məqalənin Azərbaycandakı cinsi azlıqların həyatına həsr olunmuş hissəsini təqdim edir.

Hazırda Fransada yaşayan azərbaycanlı rəssam və şair Babi Bədəlovun fikrincə, Azərbaycanda gey mövzusuna dözümsüz və aqressiv münasibətin kökündə İslam dini dayanır.

“Azərbaycan İslam ölkəsidir və bu dində saysız-hesabsız primitiv düşüncəli insan var ki, homoseksuallığı çırkin qərblilərin həyat tərzi hesab edir”.

“Cənubi Qafqazın geyləri: oxşar dərdlər” adlı məqalə hazırlayıb

Bədəlov Azərbaycanın cənub bölgəsi olan Lerik rayonunda doğulub. Uzun müddət Rusiyada yaşasa da, sonradan Azərbaycana geri qayıdıb.

Onun sözlərinə görə, gey olmasından xəbər tutduqdan sonra ailə üzvləri ona hədə-qorxu gəlməyə başlayıb və bundan sonra Azərbaycanı tərk edərək Avropaya köçməyə məcbur olub.

“Avropada kiçik əyalət şəhərlərini deyə bilmərəm, amma böyük şəhərlərdə gey olaraq xoşbəxt yaşamaq mümkündür. Mən Parisdə yaşayıram və tamamilə azadam,” Bədəlov deyir.

Rəssamın sözlərinə görə, Azərbaycanda LGBT-lərin həyatı hər zaman təhlükə altındadır. “Azərbaycanda homoseksualların gələcəyi üçün çox işlər görmək lazımdır. İlk növbədə dövlət LGBT-lərin hüquqlarının qorunması üçün təbliğat aparmalıdır”.

Azərbaycanda yaşayan Nəzrin deyir ki, əgər “gey olduğunu gizlətsən və hamıya özünü yalandan homofob kimi təqdim etsən, Azərbaycanda yaşamaq heç də çətin deyil”.

Nəzrin hazırda tələbədir və ekologiya ixtisası üzrə təhsil alır. “Gey olduğumu ailəmdə sadəcə bacım və qardaşım bilir. Anama deməmişəm, yəqin özü təxmin edib”.

O deyir ki, Azərbaycan cəmiyyətində homoseksual olmaq əxlaqsızlıq kimi qavranılır və hətta homoseksual sözünü işlətmək belə ədəbsizlik sayılır.

“İnsanların çoxu, cəmiyyətə fayda vermiş homoseksuallardan xəbərsizdir. Problemin kökündə məlumatsızlıq dayanır,” Nəzrin deyir.

Buna baxmayaraq, onun fikrincə Azərbaycanda LGBT-yə münasibətdə hər il müsbət mənada dəyişiklik baş verir.

Nicat Rzayev də Azərbaycanda LGBT-ın gələcəyinə ümidli baxdığını deyir. “Çünki artıq insanlarımız bu mövzuda öyrənir, məlumat toplamağa başlayıb. Homoseksuallıq haqqında olan mühafizəkar fikrin yavaş-yavaş yox olduğunu müşahidə edirəm”.
“Cənubi Qafqazın geyləri: oxşar dərdlər” adlı məqalə hazırlayıb


18 yaşı olan Rzayev hazırda tələbədir və filologiya ixtisası üzrə təhsil alır. “Mən artıq 12 yaşım olanda homoseksual olduğumu qəbul etdim və bunu heç kimdən gizlədə bilməyəcəyimi düşündüm. Ona görə də ətrafımda olan ən yaxın insanlara cinsi oriyentasiyam barədə etiraf etmək qərarına gəldim,” Rzayev deyir.

O, gey olduğunu biləndən sonra valideynlərinin ona olan münasibətinin tamam dəyişdiyini və soyuduğunu deyir. “Atam məni qız kimi olduğuma görə qəbul edə bilmirdi. Lakin mən ümidimi itirmədim və bu günə qədər heç vaxt intihar barədə düşünməmişəm".
Nicat Rzayev

Təəssüf ki, bir çox jurnalist və siyasətçilər homofob mövqelərini açıq şəkildə ortaya qoyu”

Hazırda o, ətrafındakı hər kəslə çox yaxşı münasibətlərinin olduğunu deyir.

Rzayev həm də ictimai fəaldır. O, 2013-cü ildən bəri Azad LGBT təşkilatında fəaliyyət göstərir. Bu təşkilatın əsasını intihar etmiş İsa Şahmarlı 2012-ci ildə qoyub.

“Təşkilatımız tərəfindən bəzi maarifləndirici tədbirlər keçirilir. Deyə bilərəm ki, fəaliyyətimiz sahəsində bir çox homoseksual artıq özünü daha rahat hiss edir,” Rzayev bildirir.

O deyir ki, Azərbaycanda homofobiyanın kökündə “insanların maarifsizliyi” durur. "İnsanlar homoseksuallığı psixi xəstəlik hesab edir. Təəssüf ki, bir çox jurnalist və siyasətçilər homofob mövqelərini açıq şəkildə ortaya qoyurlar”.

Hazırda Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış heç bir LGBT təşkilatı olmasa da, LGBT ilə bağlı layihələri həyata keçirən dörd təşkilat və bir sıra klub fəaliyyət göstərir.

Fəaliyyətdə olan Azad LGBT təşkilatına Lalə Mahmudova rəhbərlik edir. O, hazırda ABŞ-da Gender və Qadın Tədqiqatları sahəsində magistr təhsili alır.

“Cənubi Qafqazın geyləri: oxşar dərdlər” adlı məqalə hazırlayıb


LGBT haqlarının müdafiəçisi olan Mahmudovanın sözlərinə görə, Azərbaycanda geylərin ən böyük problemi işsizlikdir. “Çoxları məhz gey olduğu üçün iş tapa bilmir və buna görə də ciddi problemlərlə üzləşir”.

Təşkilatın əvvəlki sədiri olan İsa Şahmarlı 2014-cü ilin yanvar ayında işlədiyi ofisdə özünü rəngarən “qürür bayrağı” ilə asıb intihar etmişdi.

İsa Şahmarlının intiharından sonra Azad LGBT təşkilatına rəhbərlik edən Mahmudova deyir ki, “Şahmarlının ölümü LGBT sahəsində böyük dirçəlişə səbəb olub”.

“...Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil,” İntahar etməzdən öncə Şahmarlı Facebook hesabında bunları yazmışdı.

Ölümündən öncə mətbuata verdiyi müsahibədə o, homoseksual olduğu üçün yaxınları tərəfindən və universitetdə təzyiqlərə məruz qaldığını bildirirdi.

Lalə Mahmudova deyir ki, Bakıda bölgələrə nisbətən homoseksuallar müəyyən qədər azaddır. “Bölgələrdə vəziyyət daha acınacaqlıdır. Hətta LGBT fərdi özünün niyə digərləri kimi olmadığını anlaya bilmir və ətrafdakıların nifrət davranışları ilə üzləşir” Mahmudova bildirir.

Onun sözlərinə görə, LGBT sahəsində Türkiyə və Gürcüstandakı təşkilatlarla da əməkdaşlıq edirlər.

Azərbaycanda homoseksuallığa görə cəza Cinayət Məcəlləsindən 2001-ci ildən çıxarılıb.



3118 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
26-07-2017
bütün xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
____ Instagram ___