Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lənkəranda toyda qan düşdü - VİDEO
Tarix: 19-08-2015 | Saat: 21:05
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Lənkəranda toyda qan düşdü - VİDEO
Dava edənləri ayrımağa çalışan şəxs də bıçağa tuş gəlib.

Lənkəranın Qurunba kəndində toy məclisində bıçaqlanma faktı qeydə alınıb.

Xeberaz.az Region TV-yə istinadən xəbər verir ki, toyda yeyib-içən kənd sakini, 40 yaşlı Səxavət Haqverdiyevlə şəxsiyyəti hələlik açıqlanmayan digər həmyerlisi arasında şəxsi mübahisə davaya çevrilib. Həmyerlilərini ayırmağa cəhd göstərən digər kənd sakini, 31 yaşlı Camal Şəkərov Səxavət Haqverdiyevin bıçağına tuş gəlib.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış Camal Şəkərov və Səxavət Haqverdiyev ətrafdakıların müdaxiləsi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlərin nəzarəti altında olan yaralılara müvafiq tibbi yardım göstərilir. Rayonun hüquq- mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___