Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD professorun başını kəsdi (Foto)
Tarix: 19-08-2015 | Saat: 14:47
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

İŞİD professorun başını kəsdi (Foto)

“Reuters” xəbər verir ki, İŞİD terror təşkilatı Palmira şəhər muzeyinin direktoru 82 yaşlı professor Xalid əl-Əsədi edam edib. Suriya Dövlət Tarixi Abidələr Nazirliyinin rəhbəri Məmun Əbdülkərim Xalid əl-Əsədin 50 ildən çoxdur ki, Palmira şəhər muzeyinin direktoru vəzifəsində çalışdığını söyləyib. O qeyd edib ki, professorun edam edilyini ailəsi zəng edərək ona bildirib. Məmun Əbdülkərimin sözlərinə əsasən, professorun nəşi hələ də şəhərdə asılı vəziyyətdədir.
Qeyd edək ki qədim Palmira şəhərini işğal edən İŞİD şəhərdə yerləşən dəyərli tarixi abidələri məhv etməyə başlayıb. Bir çox tarixi heykəllər şirk adı altında xalqın gözü önündə məhv edilib. Xatırladaq ki, Suriya ordusu mayın 20-də Palmira şəhərini tərk etmək məcburiyyətində qalmışdı. Sakinlər təxliyyə edilmiş, daşına bilən qiymətli tarixi əşyalar şəhərdən çıxarılmışdı. İŞİD terrorçuları isə daşınması mümkün olmayan tarixi əsərlərin çoxunu məhv etmişdi. Onu da qeyd edək ki, Palmira şəhəri UNESCO-nun Dünya İrsi siyahısına daxildir.


Xəbəri paylaş

7808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___