Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlk üçlükdə; - Qarabağ, Neftçi, İnter
Tarix: 19-08-2015 | Saat: 11:53
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

İlk üçlükdə; - Qarabağ, Neftçi, İnter



Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək qarşılaşmaları Azərbaycan futbolu üçün tarixi qolla əlamətdar ola bilər. Xeberaz.az Apasport.az saytının məlumatına istinadən bildirir ki, klublarımız avrokuboklar tarixində yubiley - 200-cü qolu vurmağa yaxındı.

Belə ki, qitə miqyaslı turnirlərdə 1994-cü ildə debüt edən təmsilçilərimiz indiyədək keçirilən 232 qarşılaşmada 198 qol vurub. Bu isə o deməkdi ki, 200-ün 2 addımlığında olan klublarımızın yubileyi sabah gerçəkləşdirməsi mümkündü.

Bunun üçün “Qəbələ” və “Qarabağ” birlikdə iki qol vurmalıdı. Birincilər evdə Yunanıstan “Panatinaikos”u, sonuncular isə İsveçrədə yerli “Yanq Boyz”la görüşəcək.

Ümumiyyətlə isə hesabında 62 qələbə, 59 heç-heçə və 111 məğlubiyyət olan komandalarımız 362 top buraxıb.

İndiyədək vurulan 198 qoldan 134-ü Avropa Liqası (əvvəl UEFA kuboku), 44-ü Çempionlar Liqası, 19-u İntertoto kuboku, 1-i Kuboklar Kubokunda vurulub. “Qarabağ” hamıdan çox – 54 qol vurubsa, “Neftçi” 50, “İnter” 33 qolla ilk “üçlük”də yer alıb. “Bakı” 16, “Xəzər Lənkəran”14, “Şəmkir”lə “Qəbələ” hərəyə 6, “Kəpəz” 5, “Karvan”, AZAL hərəsi 3, “Xəzri”, “Viləş” 2, “MKT-Araz”, “Bakı fəhləsi” hərəyə 1 dəfə fərqlənib. Avrokuboklarda oynamış 17 komandamızdan üçü - “Simurq”, “Şəfa” və “Turan”ın hesabında isə qol yoxdu.

Qeyd edək ki, qitə miqyaslı turnirlərdə ilk qolumuz 1995-ci il avqustun 22-də vurulub. “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündəki (5:1) tarixi qola Yadigar Süleymanov imza atıb.

Təmsilçilərimizin iştirakı ilə keçirilən iki oyunun (“Kazino” – “Xəzər Universiteti” – 4:0 və “Bakı” – “Buduçnost” – 2:1) nəticələri ləğv edilib, meydan sahiblərinə texniki məğlubiyyət verildiyindən həmin görüşlər top fərqində nəzərə alınmır. Çünki ümumi top fərqində nə ləğv olunan qollar, nə də texniki məğlubiyyətlər (0:3) hesablanır.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
26-06-2015, 15:22 Art exhibition & Party

bütün xəbərlər
____ Instagram ___