Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
22 yaşlı oğlan avtomobildə ölü, 19 yaşlı qız isə....
Tarix: 18-08-2015 | Saat: 18:09
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

22 yaşlı oğlan avtomobildə ölü, 19 yaşlı qız isə....



Paytaxtın Nərimanov rayonunda avtomobildə biri ölü, digəri huşsuz vəziyyətdə iki gənc tapılıb. Hadisə rayonun Oqtay Şamilzadə küçəsində avtomobil qarajlarının birində qeydə alınıb.

Xeberaz.az ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, mühərriki işlək vəziyyətdə olan "Lexus" markalı avtomobildə 1993-cü il təvəllüdlü Yusif Tofiq oğlu Yusiflinin meyiti tapılıb. Avtomobilin arxa oturacağında isə 1996-cı il təvəllüdlü Röyanə adlı qız huşsuz vəziyyətdə aşkarlanıb.

Ərazidəki insanların köməyi ilə gənc qız dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxanadan ANS PRESS-ə bildirdilər ki, işlək vəziyyətdə olan maşının mühərrikindən dəm qazı yayılmağa başlayıb. Nəticədə nəqliyyat vasitəsində uzun müddət qalan Yusif zəhərlənərək dünyasını dəyişib.

Röyanə isə xoşbəxtlikdən sağ qalıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nərimanov rayon Prourorluğunda cinayət işi açılıb


Xəbəri paylaş

9168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___